
“Əgər bu istiqamətdə islahatlar ardıcıl davam etdirilərsə, inanırıq ki, növbəti 5-10 il ərzində peşə təhsilinə cəlb olunan gənclərin sayını 50 min nəfərə qədər artıra biləcəyik”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov səsləndirib.
O qeyd edib ki, gələcək illərdə də yeni peşə təhsil müəssisələrinin inşası planlaşdırılır:
“Son illər peşə təhsili sahəsində mühüm addımlar atılıb, yeni təhsil müəssisələri yaradılıb. Bərdə və Cəlilabad şəhərlərində peşə təhsil mərkəzləri açılıb. Bu gün həmin mərkəzlər ölkə üzrə ən çox müraciət olunan, ən çox tələbə qəbul edən müəssisələr sırasındadır”.
Ceyhun Kərəmov əlavə edib ki, 2021-ci ildə fəaliyyətə başlayan Bərdə Peşə Təhsil Mərkəzində bu gün artıq 1200-dən çox tələbə təhsil alır. Bu, müəssisənin ilkin layihə tutumundan daha çoxdur və gənclərin peşə təhsilinə artan marağının göstəricisidir:
“Cəlilabadda da eyni vəziyyət müşahidə olunur. Bu il sevindirici xəbərlərdən biri də Lənkəranda yeni peşə təhsil mərkəzinin istifadəyə verilməsidir. Bu bizim üçün həm uğur, həm də təhsil sisteminə verilən mühüm töhfədir.
Eyni zamanda, bir sıra bölgələrdə yeni peşə təhsil mərkəzlərinin tikintisi davam edir. Qubada, Füzulidə, Şuşada müasir peşə təhsil müəssisələri tikilməkdədir. Bundan əlavə, mövcud müəssisələrin təmiri və modernləşdirilməsi də davam edir. Məsələn, Beyləqanda yerləşən peşə təhsil müəssisəsində əsaslı təmir işləri aparılır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər