
2025-ci ilin birinci yarımilində Azərbaycan Respublikasının Təhsil İnstitutunda təhsil alan doktorant və dissertantlar üçün ixtisas fənlərindən doktorluq imtahanlarının yaz sessiyası təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, imtahanlar 28 aprel 2025-ci il tarixində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin fəaliyyət planına və Elmi Şuranın müvafiq qərarına uyğun olaraq keçirilib. İmtahanlar Pedaqogikanın əsasları, Təhsilin təşkili və planlaşdırılmasının əsasları fənləri, eləcə də 5804.01 – “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi” və 5802.01 – “Təhsilin təşkili və planlaşdırılması” ixtisasları üzrə baş tutub.
İmtahan prosesi Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən həyata keçirilib. Nəticələrə əsasən, iştirak edən doktorantlar imtahanları uğurla başa vuraraq məqbul qiymətlər alıblar.
Bu imtahanlar elmi-pedaqoji kadrların keyfiyyətli hazırlanmasına və onların elmi fəaliyyətə yönəldilməsinə mühüm töhfə verir.
Bildirilir ki, doktorluq imtahanları ildə 2 dəfə olmaqla, yaz və payız sessiyalarında keçirilir.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər