Bütün xəbərlər
24 aprel, 16:55

Dövlət Proqramı iştirakçısı Orxan Abdulkərimli təhsilini davam etdirdiyi Yale Hüquq Məktəbində (Yale Law School) beynəlxalq hüquq sahəsində əhəmiyyətli bir tədbirin həm təşkilatçısı, həm də panel iştirakçısı qismində çıxış edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir çərçivəsində panel müzakirəsi BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasına həsr olunub və bu konvensiyanın hazırlanmasında birbaşa iştirak etmiş tanınmış beynəlxalq hüquq ekspertlərinin iştirakı ilə baş tutub.

Tədbirdə çıxış edənlər sırasında BMT, Avropa Şurası, ABŞ və Kanadanın yüksək səviyyəli nümayəndələri yer alıblar. Müzakirələrdə kibercinayətkarlığa qarşı beynəlxalq hüquqi əməkdaşlıq, elektron sübutların mühafizəsi, yurisdiksiya problemləri və inkişafda olan dövlətlərin bu konvensiyadan necə faydalana biləcəyi kimi vacib məsələlər müzakirə olunub.

Orxan Abdulkərimli tədbirdə Azərbaycanı Konvensiya üzrə danışıqlarda təmsil etmiş nümayəndə və əsas məruzəçi qismində təcrübəsindən, eləcə də kibercinayətkarlıqla mübarizədə hüquqi mexanizmlərin tətbiqindən bəhs edib.

Qeyd edək ki, Dövlət Proqramı iştirakçısı Orxan Abdulkərimli "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının Yale Universitetində “Hüquq” ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

1 /4

Şərhlər

Xəbər lenti

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.