Bütün xəbərlər
26 aprel, 11:25

Valideyn yanaşmasının uşaqların imtahan nəticələrinə təsiri-imtahan təkcə biliklərin yoxlanıldığı bir proses deyil, həm də emosional dayanıqlığın və ailə-məktəb münasibətlərinin sınandığı mühüm bir mərhələdir!

İmtahanların ümumi təhsil prosesində həm diaqnostik, həm də summativ qiymətləndirmə aləti kimi rolu danılmazdır. Bununla yanaşı, psixoloji və sosial aspektlər baxımından imtahanlar, xüsusilə də şagirdin ilk ciddi qiymətləndirmə təcrübəsi kimi dəyərləndirilən 9-cu sinif yekun attestasiya imtahanları böyük əhəmiyyət daşıyır.

2 gün sonra, aprelin 27-də, yekun attestasiya imtahanları mərhələsində 51 901 nəfər 9-cu sinif şagirdi iştirak edəcək. Bu da şagirdlərin geniş təbəqəsini əhatə edən mühüm sosial və pedaqoji hadisədir.

Beynəlxalq araşdırmalar göstərir ki, şagirdlərin imtahan nəticələri təkcə onların bilik səviyyəsi ilə deyil, həm də emosional vəziyyətləri və sosial dəstək səviyyəsi ilə sıx əlaqəlidir. İmtahan stressi şagirdlərdə konsentrasiyanın zəifləməsi, özünəinamın azalması və emosional narahatlıq kimi simptomlarla müşayiət oluna bilər. Bu təsirləri neytrallaşdırmaq və ya minimuma endirmək üçün məktəb və ailə tərəfindən göstərilən psixoloji dəstəyin əhəmiyyəti xüsusilə vurğulanır.

Valideynlərin də narahatlıqla müşayiət olunan davranış modelləri şagirdlərdə psixoloji gərginliyin artmasına, bu da öz növbəsində onların diqqət və düşüncə proseslərinin effektivliyinə mənfi təsir göstərməsinə səbəb ola bilər. Əksinə, empatiya, anlayış və dəstəkləyici ünsiyyətə əsaslanan yanaşma, həmçinin real gözləntilərlə müşayiət olunan möhkəmləndirici ritorika, imtahan stressinin tənzimlənməsində mühüm rol oynayır və şagirdlərin psixoloji rifahının qorunmasına töhfə verir.

İmtahana hazırlıq dövründə şagirdlərə stressin fizioloji və psixoloji mexanizmləri barədə məlumat verilməsi, sadə nəfəs texnikaları və diqqət yönəltmə metodlarının öyrədilməsi effektiv nəticə verir. Müəllimlərlə yanaşı, valideynlərin də bu prosesdə aktiv iştirakı uşaqlarda dəstək hissi formalaşdırır.

Nəticə etibarilə, şagirdlərin ilk ciddi təcrübələri olacaq 9-cu sinif imtahanlarında qazanacaqları uğur yalnız bilik səviyyəsi ilə deyil, həm də sosial və emosional mühitin adekvat şəkildə qurulması ilə mümkündür. Bu baxımdan, valideynlərin məsuliyyətli, lakin anlayışlı yanaşması, həmçinin məktəblə koordinasiyalı şəkildə hərəkət etməsi şagirdlərin psixoloji rifahı üçün zəruridir.

Belə ki, valideynlərə öz narahatlıqlarını idarə etmək və övladlarına qarşı təmkinli yanaşma nümayiş etdirmələri,
onların bilik və bacarıqlarına uyğun real gözləntilər formalaşdırmaları, uğursuzluqları son nəticə kimi deyil, inkişaf üçün fürsət kimi dəyərləndirmələri, imtahandan əvvəl və sonra övladlarına sevgi və inam hissini aşılayan müsbət dil və davranış nümayiş etdirmələri tövsiyə olunur.

Bu, valideyn olmağın həm tələbi, həm də imtiyazıdır!

Zenfira Sevdimalı,
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.