Bütün xəbərlər
21 avqust, 16:18

Qırğızıstanın İssık-Kul vilayətində Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqının yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli forum keçirilir. 

İttifaqdan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi və Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə üzv olan Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkiyə və digər ölkələrin həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirin açılışında çıxış edən Qırğızıstan Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri Rustam Nurmatov iştirakçıları salamlayaraq tədbirin dostluq, həmrəylik və əməkdaşlıq ruhunda keçəcəyinə əminliyini ifadə edib.

Forumda çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun və Respublika Komitəsinin sədri Araz Paşayevin adından forum iştirakçılarını yubiley münasibətilə təbrik edib. O, iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb və son illərdə iki ölkə arasında təhsil sahəsində həyata keçirilən layihələrin Bişkekdə Heydər Əliyev adına məktəb-liseyin və Ağdamda Ay-Köl Manas adına Xıdırlı kənd tam orta məktəbin açılışının Azərbaycan-Qırğızıstan dostluğunun bariz nümunəsi olduğunu qeyd edib.

Mirzə Cəfərzadə ETİHİ Respublika Komitəsinin fəaliyyət strategiyasında təhsil işçilərinin hüquqlarının müdafiəsinin, eyni zamanda bu istiqamətdə beynəlxalq əlaqələrin genişləndirilməsinin, rəqəmsal texnologiyaların tətbiqinin prioritet kimi müəyyənləşdirildiyini vurğulayıb.

Görüşün sonunda bir qrup həmkarlar ittifaqı nümayəndəsi uzunmüddətli səmərəli fəaliyyətinə görə yubiley nişanı ilə təltif olunub. ETİHİ Respublika Komitəsinin sədr müavini də bu yüksək mükafata layiq görülüb.

Qeyd edək ki, yubileyə həsr olunmuş forum 20–22 avqust tarixlərində keçirilir.

1 /2

Şərhlər

Xəbər lenti

21 avqust, 18:07

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 avqust, 17:52

Xətai rayonundakı yanğın məktəb ərazisində baş verməyib

21 avqust, 16:53

450 min təhsil işçisinə güzəştli kart veriləcək

21 avqust, 16:41

Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib

21 avqust, 16:30

Naxçıvanda MİQ həyəcanı: Müəllim olmağa son bir addım – REPORTAJ

21 avqust, 16:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri nə zaman açıqlanacaq? – RƏSMİ CAVAB

21 avqust, 16:29

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

21 avqust, 16:03

Humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun ilk iclası keçirilib

21 avqust, 15:43

Bakı nüfuzlu beynəlxalq proqramlaşdırma müsabiqəsinə ev sahibliyi edəcək

21 avqust, 14:41

Qarabağa qayıdan şagirdlərə dəstək - Onların adaptasiyası üçün iş aparılır

21 avqust, 14:20

“Peşə təhsilli kadrların hazırlanmasına ciddi ehtiyac duyulur” – MÜSAHİBƏ

21 avqust, 14:05

SAT imtahanı ilə ali məktəbə qəbul olanlar da təhsil krediti ala biləcəklər – YENİ QƏRAR

21 avqust, 13:54

Təhsil krediti almaq istəyən bu tələbələr üçün bal həddi endirildi

21 avqust, 13:05

MDU-nun rektoru “İnnostart Grand Final - Demo Day” tədbirində iştirak edib

21 avqust, 13:01

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasına qeydiyyat başlayıb

21 avqust, 12:51

Sabahın hava proqnozu açıqlanıb

21 avqust, 12:26

Prezident: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək

21 avqust, 12:21

10 minə yaxın qadın peşə təhsili alacaq – Rekord say

21 avqust, 11:29

Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.