Bütün xəbərlər
21 avqust, 13:05

Avqustun 20-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin tərəfdaşlığı ilə “İnnostart Grand Final - Demo Day” tədbiri keçirilib.

Mingəçevir Dövlət Universitetindən “Azərbaycan müəllimi”nə bildirilib ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Layihənin yekun mərhələsinə ölkənin müxtəlif regionlarından innovativ gənclər, universitet nümayəndələri, startap komandaları və biznes təmsilçiləri qatılıblar.

Tədbir çərçivəsində çıxış edən rektor A.Eminov layihənin əhəmiyyətindən söhbət açaraq “İnnostart”ın regionlarda innovasiya ekosisteminin inkişafına xidmət edən mühüm təşəbbüslərdən biri kimi qiymətləndirib. Rektor Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində atdığı addımların xüsusən regionlarda gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yeni ideyalar əsasında təşəbbüslər irəli sürməsinə mühüm şərait yaratdığını bildirib. A.Eminov “Innostart” layihəsinin qısa müddətdə 35 yeni innovativ layihənin dəstəklənməsinə səbəb olmasının bu istiqamətdə əldə olunan uğurların bariz göstəricisi olduğunu diqqətə çatdırıb. O, MDU olaraq bu təşəbbüsləri yüksək qiymətləndirdiklərini və gənclərin biliklərinin, ideyalarının ölkənin gələcək inkişafına töhfə verəcəyinə inandıqlarını vurğulayıb. Çıxışının sonunda A.Eminov layihədə iştirak edən bütün komandaları təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində SUP.VC şirkəti tərəfindən keçirilən təlim proqramını uğurla başa vuran MDU-nun əməkdaşlarından Faiq Yusifli və Müşfiq Hüsenyov sertikatla təltif edilib.

Qeyd edək ki, “İnnostart” layihəsi 2024-cü ilin sentyabr ayından icra olunmağa başlayıb. Layihə çərçivəsində maarifləndirmə tədbirləri, hakatonlar və inkubasiya proqramları həyata keçirilib, ümumilikdə 35 yeni innovativ layihə dəstəklənib. Həmin layihələrdən 17-i isə final mərhələsinə keçərək “Demo Day”də təqdim olunub. Yekun mərhələdə isə 50 000 AZN mükafat fondu uğrunda “Grand Final - Demo Day” təşkil olunub.

1 /10

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.