
SAT (Sxolastik Qiymətləndirmə Testi- (Scholastic Aptitude/Assessment Test) imtahanının nəticələri ilə ali təhsil müəssisələrinə qəbul olanlar da təhsil tələbə krediti ala biləcək. Qərar Təhsil Tələbə Krediti Fondunun (TTKF) Himayəçilik Şurasında qəbul edilib.
TTKF-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova “Azərbaycan müəllimi”nə bildirib ki, ölkəmizdə ilk dəfə 2025-2026-cı tədris ilindən SAT imtahanının nəticələri ilə ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə də təhsil krediti veriləcək:
“Himayəçilik Şurasının avqust ayında keçirilmiş iclasında ali təhsil səviyyələrinə yeni qəbul olmuş tələblərə dair mühüm qərar qəbul edilib. Həmin qərara görə, SAT imtahanının nəticələri ilə ali təhsil müəssisəsinə qəbul olmuş bu tələbələrə də birinci tədris ilinin ilk semestrində standart tələbə krediti almaq imkanı yaradılıb. SAT imtahanı üzrə minimal bal hədd 1200-dür”.
G.Zeynalova əlavə edib ki, qəbul edilən qərar tələbələrin təhsil imkanlarının genişləndirilməsi, sosial bərabərliyin təmin olunması və daha çox gəncin təhsilə cəlb olunması baxımından çox əhəmiyyətlidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər