Bütün xəbərlər
21 avqust, 11:14

26-28 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, 2006-cı ildən etibarən Bakı şəhərində silsiləvi şəkildə keçirilən beynəlxalq konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.

Hibrid formatda keçiriləcək konfransda Türkiyə, ABŞ, Polşa, Fransa, Belçika, Gürcüstan, Almaniya, Avstraliya, Rusiya, Ukrayna, Estoniya, İsveçrə, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Yaponiya və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.

Konfransın təşkilatçıları:

– AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu;

– AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu;

– Türkiyənin Ege Universiteti;

– Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu;

– Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu;

– Yunanıstanın Thessaly Universiteti.

Konfransın mövzuları:

– Optimallaşdırma və optimal idarəetmə;

– Riyazi modelləşdirmə, parametrik identifikasiya və tərs məsələlər;

– Ədədi üsullar və hesablama texnologiyaları;

– Texniki və sosial-iqtisadi sistemlərdə qərarların qəbulu;

– Neft və qaz hasilatı, emalı, nəqli proseslərinin modelləşdirilməsi və idarə edilməsi;

– İntellektual sistemlər və qərarların qəbulu;

– Nümunələrin tanınması üsulları və sistemləri;

– Stokastik və qeyri-səlis qərar qəbuletmə modelləri.

Konfransın işçi dili: ingilis dili

Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: http://pci.cyber.az    

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.