Bütün xəbərlər
21 avqust, 16:30

Sakitcə qızını gözləyən ata, anasını qarşılamağa gələn körpə, həyəcanlı namizədlər, gülərüzlü komissiya... Söhbət Naxçıvanda STEAM Mərkəzində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) müsahibə mərhələsindən gedir.

“Azərbaycan müəllimi” mərkəzdə prosesi izləyərək namizədlərin həyəcanını bölüşüb.

Hələ mərkəzə daxil olmamış, qucağında körpə olan ananın oradan uzaqlaşdığını görərək yaxınlaşırıq. Körpəsi ona motivasiya verib sanki, hər ikisi gülümsəyir.

Aytac Babayeva MİQ-in test mərhələsində Azərbaycan dili və ədəbiyyat fənnindən imtahan verib və 73,75 bal toplayıb. Deyir ki, imtahanın müsahibə mərhələsi olduqca şəffaf keçib:

“Suallar kurikulum, psixologiya və dünyagörüşü ilə bağlı idi. Mənim üçün çox yaxşı keçdi, demək olar ki, bütün suallara cavab verdim. Əsasən iki istiqamət – kurikulum və psixologiya üzrə hazırlaşmışdım. Əsas məsələ müəllimin psixoloji və metodiki hazırlığıdır. Bu olandan sonra hazırlaşıb imtahan vermək çətinlik törətmir”.

Əslən Cəlilabaddan olan ailə Ordubad şəhərində məskunlaşıb. Ona görə də Ordubad şəhər tam orta internat məktəbində çalışmaq istəyir:

“Əvvəl Masallıda birillik pedaqoji fəaliyyətim olub. Müəyyən səbəblərdən imtina etmək məcburiyyətində qaldım və bu il yenidən MİQ-də iştirak edərək uğur qazandım”.

Mərkəzə daxil olur, prosesi izləyirik. Namizədlər onlara təyin olunmuş vaxta gəlir, qeydiyyatdan keçir, gözləmə zalında müsahibəyə çağırılmaq üçün gözləyirlər.

Bu arada MİQ-in müsahibə mərhələsi haqqında ətraflı məlumatı bizə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Məmməd Bayramov verir:

“Avqustun 21-dən Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlayıb. Müsahibəyə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müsabiqənin test mərhələsində uğur qazanan 152 namizəd dəvət olunub. Müsahibələr 2 gün davam edəcək. Bu gün 77 namizədin iştirakı gözlənilir. Bu namizədlərin müsahibəsi Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiyalar vasitəsilə həyata keçirilir. Hazırda 5 komissiya fəaliyyət göstərir və bu komissiya üzvləri namizədlərin biliklərini qiymətləndirirlər.

Eyni zamanda müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır. Bunun üçün hər namizədə 10-15 dəqiqə vaxt ayrılır”.

Sektor müdiri deyir ki, şəffaflığın təmin olunması üçün müsahibə mərhələsində namizədlərin videoçəkilişi aparılır, səs yazısı qeydə alınır və qeydiyyat aparılır:

“Müsabiqənin nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi kabinetlərinə göndəriləcək. Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibədə iştirak etməzsə, bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınır və həmin namizəd müddətli müqavilə ilə işə qəbul turlarında iştirak edə bilmir. Müsahibə bitdikdən sonra yenidən komissiya təşkil olunmur”.

Dəhlizdə müsahibədən çıxan bir namizəd bizə tanış gəlir. Yaxınlaşıb söhbət edirik. Məlum olur ki, bu, MİQ-in test mərhələsində oxuculara tanıtdığımız, təsviri incəsənət müəllimliyi üzrə imtahan verən Tənzilə İbadovadır. Bir daha xatırladaq ki, o, Naxçıvan Müəllimlər İnstitutunda həm bakalavr, həm də magistr təhsili alıb. Əvvəlcə demişdi ki, belə yüksək nəticə gözləmirdi və test mərhələsində suallar asan olmuşdu. Bəs müsahibə necə keçdi? Cavab verir:

“Müsahibə yaxşı keçdi, mühit çox gözəl idi. Dünyagörüşü, psixologiya və müəllimlik peşəsinə dair suallar verildi. Bir az həyəcanlı idim, amma müsahibə zamanı bu keçdi. Şahbuz rayonunun Biçənək kənd tam orta məktəbində çalışmaq niyyətindəyəm. İstəyirəm ki, kənd uşaqları da şəhər mühitinə inteqrasiya olunsunlar. Hər bir şagirdə eyni yanaşmaq lazımdır”.

Bizə həm də "müəllim işləmək uşaqlıq arzum olub" demişdi. Ümid edirik ki, sevdiyi ixtisası sevə-sevə şagirdlərə tədris edəcək.

Rəşad Bağırov da müsahibədən məmnun ayrılan namizədlərdəndir. Culfa rayonunun Bənəniyar kəndində yaşayır, rayonun Şurud kəndində fizika fənnindən dərs deyir. 8 illik pedaqoji fəaliyyəti olan müəllim MİQ-in birinci mərhələsində 65 bal toplayıb:

“Dərs saatı az olduğuna görə Babək rayonunun Dizə kəndində də çalışmaq istəyirəm. Müsahibə yaxşı keçdi, suallar məni qane etdi”.

Yenə də balasının həsrətlə imtahandan çıxmasını gözləyən ana və gələcəyin müəllimi... Söhbət Ordubad şəhərində anadan olub, 2010-cu ildə Ordubad şəhəri 3 nömrəli tam orta məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirən Firuzə Babayevadan gedir. Deyir ki, həmin ildə Naxçıvan Musiqi Kollecində “Musiqi nəzəriyyəsi” ixtisası üzrə təhsil alıb, 2014-cü ildə oranı bitirib:

“2015–2020-ci illərdə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Musiqi nəzəriyyəsi” ixtisası üzrə təhsil almışam. Təhsil aldığım dövrdə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində 4 illik pedaqoji fəaliyyətlə məşğul olmuşam. Övladımın səhhətindəki problemlərə görə işdən ayrıldım. Bu il ilk dəfə MİQ-in test mərhələsində iştirak edərək 75 bal toplamışam və müsahibəyə dəvət almışam.
Müsahibə çox gözəl keçdi: rahat və şəffaf idi. Komissiya heyəti çox səmimi idi. Suallar hər bir müəllimin bilik və qabiliyyət səviyyəsinə uyğun idi”.

O, Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbində çalışmaq istəyir.
Namizədlər həyəcanla gəlir, gülərüzlə mərkəzi tərk edirlər. Hər birini müəllim olmaq arzusu və bu arzuya yaxınlaşdıran son bir addım birləşdirir.

“Bilsəydim hər iki mərhələ belə rahat olacaq, bu qədər stres keçirməzdim”. Bu sözlər mərkəzdən uzaqlaşan və müsahibədən məmnun ayrılan bir namizədin digərinə verdiyi tövsiyə idi. Doğrudan da hazırlıqlı, bilikli və dünyagörüşlü gənclərin qarşısını heç nə ala bilməz.

Məqsədi olan hər kəs qazanar – bu gənclər kimi...

Qeyd edək ki, MİQ-in müsahibə mərhələsində uğur qazanan namizədlər Naxçıvanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək imkanı qazanacaqlar. Bu isə müəllim peşəsinə bir ömürlük sadiqliyin və etimadın göstəricisidir.
Namizədlərin hər birinin arxasında fərqli həyat hekayəsi, ailə məsuliyyəti, gələcək arzular və öhdəliklər dayanır. Kimisi illərdir pedaqoji fəaliyyət göstərir, kimisi övladına baxmaq üçün fasilə verib, kimisi isə müəllimlik arzusunun ilk qapısını döyür. Onların hamısını bir amal birləşdirir: şagird yetişdirmək, cəmiyyətə faydalı olmaq və gələcəyi formalaşdırmaq.

STEAM Mərkəzinin qapılarından çıxan gülərüzlü namizədlər müsahibənin rahat və şəffaf keçdiyini, komissiyanın peşəkar və anlayışlı yanaşdığını söyləyir. Gözləmə zalında olan həyəcan, müsahibə otağında yerini sakitliyin verdiyi özünəinamla əvəz edir.
Naxçıvanda keçirilən bu mərhələ bir daha göstərdi ki, müəllim adına layiq olmaq üçün gənclərimiz artıq təkcə biliklə deyil, daxili mədəniyyət, peşəyə sevgi və məsuliyyət hissi ilə də bu yola qədəm qoyurlar.

Onlara uğurlar arzulayırıq!

FOTO: Şahin Məmmədov

1 /10

Şərhlər

Xəbər lenti

21 avqust, 18:07

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 avqust, 17:52

Xətai rayonundakı yanğın məktəb ərazisində baş verməyib

21 avqust, 16:53

450 min təhsil işçisinə güzəştli kart veriləcək

21 avqust, 16:41

Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib

21 avqust, 16:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri nə zaman açıqlanacaq? – RƏSMİ CAVAB

21 avqust, 16:29

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

21 avqust, 16:18

ETİHİ Respublika Komitəsinin nümayəndə heyəti Qırğızıstanda forumda iştirak edir

21 avqust, 16:03

Humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun ilk iclası keçirilib

21 avqust, 15:43

Bakı nüfuzlu beynəlxalq proqramlaşdırma müsabiqəsinə ev sahibliyi edəcək

21 avqust, 14:41

Qarabağa qayıdan şagirdlərə dəstək - Onların adaptasiyası üçün iş aparılır

21 avqust, 14:20

“Peşə təhsilli kadrların hazırlanmasına ciddi ehtiyac duyulur” – MÜSAHİBƏ

21 avqust, 14:05

SAT imtahanı ilə ali məktəbə qəbul olanlar da təhsil krediti ala biləcəklər – YENİ QƏRAR

21 avqust, 13:54

Təhsil krediti almaq istəyən bu tələbələr üçün bal həddi endirildi

21 avqust, 13:05

MDU-nun rektoru “İnnostart Grand Final - Demo Day” tədbirində iştirak edib

21 avqust, 13:01

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasına qeydiyyat başlayıb

21 avqust, 12:51

Sabahın hava proqnozu açıqlanıb

21 avqust, 12:26

Prezident: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək

21 avqust, 12:21

10 minə yaxın qadın peşə təhsili alacaq – Rekord say

21 avqust, 11:29

Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.