Bütün xəbərlər
21 may, 09:51

Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Times Higher Education” beynəlxalq reytinq agentliyinin (THE) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari göstəriciləri və perspektivləri müzakirə olunub. 

Eyni zamanda, növbəti aylarda ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Belə ki, 16-19 iyun tarixlərində THE tərəfindən Türkiyənin İstanbul şəhərində keçiriləcək “Qlobal Davamlı İnkişaf Konqresi”ndə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı və aparıcı universitetlərimizin Azərbaycan pavilyonunda təmsil olunması nəzərdə tutulur. 

Əlavə olaraq, 24-25 sentyabr tarixlərində Bakı şəhərində ilk dəfə “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” mövzusunda keçiriləcək “THE Avrasiya Universitetlərinin Sammiti”nə hazırlıq prosesi müzakirə olunub. Belə ki, sözügedən sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən çox spikerin və 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.

Şərhlər

Xəbər lenti

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.