Bütün xəbərlər
17 yanvar, 17:54

Bakı şəhərində yerləşən 20 nömrəli məktəb-liseydə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə məktəb direktorlarının görüşü baş tutub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən 300-dən çox məktəb direktoru iştirak edib.

İctimai dinləmə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə "İdarəetmənin psixoloji əsasları" mövzusunda geniş məruzə ilə çıxış edib. Təhsildə idarəetmə sisteminin qayğı əsaslı bir yanaşma ilə qurulmasının vacibliyini vurğulayıb. Hikmət Əlizadə qeyd edib ki, anlama, fikir mübadiləsi və əməkdaşlıq prinsiplərinə söykənən idarəetmə modeli daha yüksək nəticələrə nail olmağa imkan verir.

Daha sonra çıxış edən İctimai Şuranın üzvü Kəmalə Aşumova "İdarəetmədə uşaqyönümlülük" mövzusunda danışıb. O, məktəblərdə uşaq hüquqları üzrə sistemli işlərin aparılmamasının əsas problemlərdən biri olduğunu diqqətə çatdırıb. K.Aşumova vurğulayıb ki, rəhbər heyətin uşaq hüquqları ilə bağlı məlumatlılığının aşağı səviyyədə olması bu yanaşmanın tədris prosesinə tam inteqrasiya edilməsinə mane olur. Təhlükəsizlik məsələlərinə də toxunan İctimai Şura üzvü fiziki və emosional təhlükəsizlik anlayışlarının hər ikisinin məktəb mühitində təmin edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, inklüziv və təhlükəsiz mühitin yaradılması uşaqların hərtərəfli inkişafını dəstəkləmək baxımından mühüm rol oynayır.

Daha sonra Elçin Əzimli təhsil mühitində "Emosional intellektin əhəmiyyəti" mövzusunda danışaraq, təqdir etmənin önəmini və düzgün tənqid mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, tənqidi yanaşmanın konstruktiv rəylərlə əvəz edilməsinin uzunmüddətli müsbət təsirlər yaratdığını qeyd edib. Çıxışçı bildirib ki, emosional intellektin idarəetmə proseslərində tətbiqi yalnız məktəb mühitində deyil, digər istiqamətlərdə də inkişafa şərait yaradır.

İctimai dinləmənin növbəti çıxışçısı Heydər Eminli olub. O, idarəetmədə fərqli yanaşmaların əhəmiyyəti barədə danışarkən qeyd edib ki, müəllimin şagirdlərdə yarada biləcəyi təsəvvür və xəyal gücü biliklərin ötürülməsindən daha qiymətlidir.

Dinləmənin sonunda məktəb direktorlarının sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib. Direktorlar sosial şəbəkə aludəçiliyinin tədrisdə yaratdığı maneələr ve şagird davranışına təsirləri ilə mübarizə yolları haqda suallarını İctimai Şura üzvlərinə ünvanlayıblar və bu mövzuda diskussiya aparılıb.

Tədbir iştirakçıları təhsil sahəsində aparılan islahatlarla bağlı öz fikirlərini bildiriblər.

Qeyd edək ki, ictimai dinləmənin əsas məqsədi təhsildə maraqlı tərəflər olan rəhbərlik, müəllimlər və mütəxəssislərin təkliflərini dinləmək, onların fikirlərini nəzərə almaq və bu prosesdə onları stimullaşdırmaq olub. Tədbir çərçivəsində səsləndirilən təkliflərin təhsil islahatlarına töhfə verməsi üçün qiymətləndirilməsi nəzərdə tutulub.

Foto: Kənan Qafarov

1 /7

Şərhlər

Xəbər lenti

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.