Bütün xəbərlər
19 oktyabr, 15:03

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, müstəqil ekspertlər və digər maraqlı tərəflər dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı mərhələsini izləyiblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova jurnalistlərə verdiyi açıqlamada prosesin şəffaf şəkildə təşkil edilməsinin dövlətin məktəbəqədər təhsilə verdiyi önəm və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

"Proses şəffaf təşkil olunub və İctimai Şura üzvləri üçün imtahanı izləməyə tam şərait yaradılıb. Biz prosesi diqqətlə izlədik və imtahan sualları ilə tanış olduq. Müəllimlər üçün yaradılan şərait imtahanın keçirilməsi üçün olduqca əlverişli idi", – deyə o əlavə edib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev jurnalistlərə açıqlamasında bildirib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər və metodistlər üçün təşkil olunan prosesi çərçivəsində müşahidə aparmaq və müəllimlərlə də söhbətləşmək üçün lazmı şərait yaradılıb:

“Bu, tərbiyəçi-müəllimlər üçün yaxşı bir fürsətdir ki, onlar öz zəif tərəflərini inkişaf etdirsinlər. Həmçinin, məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin diaqnostik qiymətləndirilməsi, onların gələcəkdə sertifikasiya imtahanlarından keçməsi üçün hazırlıq rolunu oynayacaq".

Məktəbəqədər təhsil üzrə müstəqil ekspert Xalidə Rızayeva isə qeyd edib ki, bu proses müəllimlərə təlim ehtiyaclarını müəyyənləşdirmək imkanı verir.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə sabah da davam edəcək.

1 /14

Şərhlər

Xəbər lenti

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.