Bütün xəbərlər
8 aprel, 13:09

7-ci ADA siyasi forumunda iştirak etmək üçün Füzuli Beynəlxalq Hava Limanından Xankəndiyədək yolda siz bir sıra dağıntıları gördünüz. Lakin bununla yanaşı, Azərbaycanın burada apardığı quruculuq işlərinin də şahidi oldunuz. Azərbaycan Qarabağda quruculuq işlərini davamlı olaraq aparmaqla regionda sülhə töhfə verir.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə aprelin 8-də Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında deyib.

Fariz İsmayılzadə iştirakçılara Xankəndi barədə məlumat verib. Bildirib ki, “Xankəndi – Xanın kəndi” mənasını verir.

“Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulub və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən burada böyük şəhər yaradılıb”, - deyə o əlavə edib.

ADA Forumunun artıq 7-ci ildir keçirildiyini vurğulayan Fariz İsmayılzadə qeyd edib: “Biz bu forumu ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirirdik. Bu il isə bizim yeni tərəfdaşımız var və bu, Qarabağ Universitetidir. Bu universitet bütün Azərbaycanın qürur mənbəyidir. Bu təhsil ocağının böyük hədəfləri və planları var. Onlara bu yolda böyük uğurlar arzulayırıq”, - deyə F.İsmayılzadə diqqətə çatdırıb.

Şərhlər

Xəbər lenti

12 may, 16:44

Vətənimə hüquq üzrə layiqli xidmət göstərmək istəyirəm – Naxçıvan məktəblilərinin uğuru

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:25

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 12:11

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

12 may, 10:55

"Heç vaxt tənbəllik etmədim" – RFO qaliblərinin təəssüratları

12 may, 10:53

Naxçıvanda I siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə başlanılıb

12 may, 10:44

ADMİU-nun doktorantı Avropa Kino Akademiyasına üzv seçilib

12 may, 10:31

Laçın şagirdləri fləşmob hazırlayıblar - VİDEO

12 may, 10:26

ADA və Corc Vaşinqton universitetləri arasında akademik əməkdaşlıq genişlənir

12 may, 10:19

Həyatının ən böyük macərasını təhsil tələbə krediti sayəsində yaşadı

12 may, 09:56

Geomaqnit qasırğası gözlənilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.