
““Yüksəliş” müsabiqəsi artıq Prezident İlham Əliyevin insan kapitalı siyasətinin alətlərindən birinə çevrilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.
O bildirib ki, bu il müsabiqəyə rekord sayda - 16 553 müraciət olub: “Bu gün finalda 4 mərhələdə bilik və bacarıqlarını sınayan 124 nəfər iştirak edir. Bu gün onların bilik və bacarıqları beynəlxalq validliyi təxminən 70-80% etibarlı olan sistemlə yoxlanılacaq”.
F.Hacıyev qeyd edib ki, bu il ilk dəfə olaraq kadrların ehtiyat bankı yaradılıb və insan resursları üzrə mütəxəssislər oraya müraciət edərək kadrları işə götürürlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər