Bütün xəbərlər
18 iyul, 16:11

II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında ölkəmizdə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər Suraxanı rayonu 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplamağa müvəffəq olub.

Eldar imtahan haqqında təəssüratlarını “Azərbaycan müəllimi” nə danışıb.

Həmsöhbətimiz yüksək nəticə göstərəcəyini gözlədiyini, lakin respublika üzrə birinciliyinin onun üçün sürpriz olduğunu qeyd edir. Onun sözlərinə görə, uğurlu olmağın ən birinci yolu məsuliyyətli olmaqdır: “Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır”.

İmtahanın onun üçün çox da asan olmadığını, bununla belə sualların proqrama uyğun olduğunu deyən abituriyent test suallarının açıq suallardan daha düşündürücü olduğunu bildirir: “İmtahanlara hazırlıq dövründə telefondan, sosial şəbəkələrdən uzaq olmuşam, qarşıma məqsəd qoymuşam və bu məqsədə doğru irəliləmişəm. II ixtisas qrupunu seçməyimin səbəbi bu qrupdakı fənləri daha çox sevməyim və iqtisadiyyat, maliyyə ixtisaslarına olan marağımdır. Boş vaxtlarımı dostlarımla keçirməyi xoşlayıram”.

Ölkə birincisi uğurlarının əldə edilməsində müəllimlərinin və ailəsinin böyük rolu olduğunu vurğulayır: “Mənim qazandığım bu uğurda müəllimlərimin çox böyük əməyi var. Ailəm də mənə mənəvi cəhətdən çox dəstək olub. Mənim iki bacım var, biri BDU-nun, digəri isə ADPU-nun tələbəsidir. Onlar da mənə çox böyük dəstək oldular, mənə məsləhətlər verdilər”.

Eldar Mansurov bildirir ki, maliyyə ixtisası üzrə təhsil almaq istəyir və seçimi iki universitet üzrədir: “Hazırda ADA və BANM universitetləri arasında seçim qarşısında qalmışam. İxtisas olaraq mliyyəni seçmək fikrindəyəm. Gələcəkdə vətənimizə, xalqımıza layiqli bir mütəxəssis olmaq istəyirəm. Şagirdlərə də tövsiəm odur ki, qarşılarına məqsəd qoysunlar və bu məqsədə doğru inamla irəliləsinlər”.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.