Bütün xəbərlər
18 iyul, 13:52

Xəbər verildiyi kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə müvafiq olaraq ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə qızıl və gümüş alan məzunların adları məlum olub. Əmrə əsasən, 220 şagird qızıl, 41 şagird isə gümüş nişanla təltif olunub.

Ən bilikli, istedadlı yeniyetmələrin əməyini qiymətləndirən qızıl və gümüş medallar, sadəcə parlaq metaldan hazırlanmış simvollar deyil. Onlar illərlə çəkilən zəhmətin, yuxusuz gecələrin, yorulmaz axtarışların və daim inkişaf etmək arzusunun təcəssümüdür. Bu medallar, şagirdlərin yalnız yüksək bilik və bacarıqlarının göstəricisi deyil, həm də yaradıcılıq, tənqidi düşüncə və ictimai fəallıq sahələrində fərqlənməsini təqdir edir. Onlar təkcə yüksək qiymətlərin deyil, həm də nümunəvi davranışın, vətənpərvərliyin və liderlik keyfiyyətlərinin rəmzidir.

“Azərbaycan müəllimi” qızıl nişana layiq görülən belə nümunəvi gənclərdən olan Nurxan Useynzadə və Nilufər Zeynallının uğur hekayəsini təqdim edir.

Onlar başqa-başqa məktəblərin məzunları olsalar da, fərqli sahələrdə inkişaf etsələr də, yollarının kəsişdiyi bir ortaq nöqtə – qətiyyət, intizam və mükəmməlliyə can atmaq var.                               

Qızıl vaxtınızı səmərəli keçirin

Nurxan Useynzadə təhsil həyatına Bakıdakı 283 nömrəli tam orta məktəbdə başlayıb, son üç ili isə paytaxtdakı 53 nömrəli tam orta məktəbdə davam etdirib. Deyir ki, məktəb illəri, təhsil həyatı çox mükəmməl keçib. Orta məktəb onun üçün sadəcə dərslərlə deyil, həm də fəal sosial həyat və intellektual inkişafla yadda qalıb. O, məktəbin təşkil etdiyi bütün tədbirlərdə, yarışlarda və olimpiadalarda fəal iştirak edib.

Nurxan artıq 8 yaşından başlayaraq məktəbini şahmat yarışlarında təmsil edib və bu marağını davamlı olaraq qoruyub. Şahmat onun düşünmə qabiliyyətini gücləndirib və dəqiq elmlərə, xüsusilə riyaziyyata olan marağını daha da artırıb. Bu sahəyə bağlılığı, zamanla onun ixtisas seçimini də müəyyənləşdirib. İstedadlı gəncimiz ali təhsilini xaricdə “Kompüter mühəndisliyi” ixtisası üzrə almaq istəyir. 

Uğurlarının arxasında dayanan əsas qüvvələrdən biri isə ailəsi olub. Nurxan deyir:

“Anamın mənim həyatımda rolu ölçüyəgəlməzdir. Bacımın daim yanımda olması, müxtəlif fənlər üzrə suallarıma cavab tapmaqda kömək etməsi, müəllimlərimin individual yanaşmaları, ailəmin dəstəyi mənim uğurumun təməlidir”.  

Məzunu olduğu ümümtəhsil müəssisəsinin direktoru Tünzalə Zeynalovanın ona olan diqqət və qayğısı, sinif rəhbəri Aygün Nuriyevanın və müəllimi Ülviyyə Məmmədovanın verdiyi mükəmməl bilik və bir də özünün zəhməti onu seçilmişlərdən edib. Müəllimləri ona yalnız dərs keçməyiblər, həm də motivasiya veriblər, inandırıblar ki, istək və zəhmətlə hər şey mümkündür.

Hazırda xaricdə təhsil üzrə Dövlət Təqaüd Proqramına müraciət edən Nurxan, özünü 5 ildən sonra kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssis kimi görür. Gənc yaşıdlarına isə belə bir çağırış edir: “Qızıl vaxtınızı səmərəli keçirin və hər günün sonunda özünüzdən soruşun ki, bu gün nə öyrəndim?”.        

Yalnız zəhmət çəkməklə yüksək nəticələr qazanmaq mümkündür

Məktəbi qızıl medalla bitirən digər gəncimiz Nilufər Zeynallıdır. O, Bakıdakı 83 nömrəli məktəb-liseyin məzunudur. Nilufərin təhsil uğurları təkcə məktəb daxilində olmayıb. İstedadlı gəncimiz dəfələrlə məktəbdaxili və məktəblərarası intellektual yarışlarda iştirak edib. Breyn-Rinq televiziya yarışında məktəbin komanda heyətində o da olub. 

VIII sinifdə məktəblilərin respublika fənn olimpiadalarında coğrafiya üzrə bürünc medal qazanan Nilufər bu uğurunu IX sinifdə qızıl medalla, X sinifdə isə yenidən bürünc medalla davam etdirib. XI sinfin buraxılış imtahanlarında 291.1 bal toplayaraq məktəb birincisi adına layiq görülüb. Nilufər blok imtahanında 386.8 bal toplayaraq II ixtisas qrupu üzrə respublika birincisidir. 

"Bu, mənim üçün həm gözlənilməz, həm də ən sevincli an idi", – deyə Nilufər  sevincini bizimlə paylaşır: “Əldə etdiyim nailiyyətlərimdə mənə təhsil verən müəllimlərimin əməyi əvəzolunmazdır. Məktəbi qızıl medalla bitirməyimin sevincini yaşayıram. Mənə etimad göstərən, dəstəkləyən, inanan məktəbimizin direktoru Almaz Bayramova başda olmaqla bütün müəllimlərimə təşəkkür edirəm. Eləcə də, daim mənə dəstək olan ailəmə minnətdaram”.

Nilufər ali təhsilini maliyyə sahəsi üzrə almaq istəyir və gələcəkdə dövlətimizin iqtisadi inkişafında fəal rol oynamağı qarşısına məqsəd qoyub.
Əldə etdiyi uğurlarının sirrini paylaşan gəncimiz şagirdlərə 3 amili – məsuliyyətlə çalışmağı, özünəinam hissini formalaşdırmağı və intizamlı olmağı diqqətdə saxlamağı tövsiyə  edir. Deyir ki, yalnız zəhmət çəkməklə yüksək nəticələr qazanmaq mümkündür. Yüksək təhsil almağın gələcək üçün ən böyük yatırım hesab edən Nilufər uğur qazanmağın yolunun zəhmətdən keçdiyini bildirir.

Böyük uğurların arxasında təkcə istedad yox…

Bəli, həmsöhbətlərimizin uğur hekayələri göstərir ki, böyük uğurların arxasında təkcə istedad yox, həm də əzm, intizam və inam dayanır.
Bu iki gənc, qızıl medalların parıltısına öz ruhlarının gücünü, düşüncələrinin dərinliyini və arzularının genişliyini əlavə ediblər. Onların uğurları, sadəcə şəxsi nailiyyət deyil. Bu həm də Azərbaycan təhsilinin gücü, müəllim əməyinin nəticəsi, ailənin dəstəyidir.  

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.