
““TəhsilPlus” kartı tələbələrlə yanaşı, müəllimlər üçün də tətbiq olunacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bu gün təhsil işçiləri üçün “TəhsilPlus” kartının təqdimat mərasimində çıxışı zamanı deyib.
Nicat Məmmədli təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və bu məqsədlə həyata keçirilən təşəbbüslərin əhəmiyyətini qeyd edərək bildirib ki, bu kimi sosial təşəbbüslərin davamlı və daha genişmiqyaslı olması vacibdir:
"Kart müəllimlərin rifahının artırılmasına səbəb olacaq. Bu müəllim nüfuzunun artırılmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər