Bütün xəbərlər
11 yanvar, 09:03

"Ötən il sentyabrın 20-də Prezident İlham Əliyev Qarabağ Universitetində tələbələrlə görüşündə bildirmişdi ki, gənclər milli ruhda tərbiyə olunmalı, öz mənəvi dəyərlərinə, mədəniyyətlərinə sahib çıxmalıdırlar, eyni zamanda təsir altına düşməməlidirlər. Bu, əslində, cənab prezidentin ideoloji təhlükəsizliyin təmin edilməsi baxımından təhsil sistemi qarşısında qoyduğu bir vəzifədir. Təhsilin məqsədlərindən biri də məhz budur".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov AzTV-də yayımlanan "Hədəf" proqramında qonaq olarkən deyib.

O bildirib ki, ideoloji təhlükəsizliyin təmin edilməsi ali təhsildən yox, ən aşağı yaşdan, hətta məktəbəqədər təhsildən başlamalıdır.

"Çünki bunun təməli erkən yaşlardan qoyulmasa, onlar milli mənəvi ruhda tərbiyə olunmasalar, onlara vətənə, torpağa sevgi hissləri erkən yaşlardan aşılanmasa, təbii ki, sonrakı pillələrdə bunun fəsadları meydana çıxacaq.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə sistemli tədbirləri təhsilin məzmunu vasitəsilə həyata keçirir. Bilirsiniz ki, sistemli tədbirlər müəllimlər tərəfindən ayrı-ayrı fənlərin tədrisində həyata keçirilir. Son illərdə tədrisin məzmununda əsaslı dəyişikliklər edilib. Bu dəyişikliklərin məqsədlərindən biri də məhz məzmunda milli mənəvi dəyərlər, vətənpərvərlik, azərbaycançılıq ideyalarının gücləndirilməsi olub. Yəni, məzmun sahəsində aparılan işlər bu istiqamətdə gördüyümüz işlərdən biridir və bir yol xəritəsidir".

Aparat rəhbərinin müavini qeyd edib ki, ideoloji cəhətdən təsir altına düşməməyin ən birinci səbəbi təhsilsizlikdir:

"İnsan nə qədər yaxşı təhsil alsa, o, təsir altına daha az düşər. Tədqiqatlar da göstərir ki, təhsilli insanlar nəinki təsir altına düşmür, əksinə başqalarını öz təsirləri altına sala bilirlər. Bu cəhətdən biz təhsilin son illərdə əlçatanlılığının və əhatəliliyinin artırılması istiqamətində xeyli tədbirlər görmüşük.

Məsələn, peşə təhsilinin əhatə dairəsi son 5 ildə 60 faiz artırılıb. Hətta orada dövlət sifarişli yerlərin sayı 65 faiz çoxalıb ki, gənclər peşəsiz, ixtisassız qalmasınlar, təsir altına düşməsinlər, gəlib təhsil alıb müəyyən ixtisaslara yiyələnsinlər.

Ali təhsildə isə bu artım daha yüksəkdir. Son illərdə ali təhsil müəssisələrinə qəbul olanların sayı 2 dəfədən çox artıb. Məsələn, ötən il 74 mindən çox gənc ali məktəblərə qəbul olub, bunlardan 55 mindən çox bakalavrdır".

Şərhlər

Xəbər lenti

24 aprel, 20:56

Azərbaycanlı tələbənin çəkdiyi rəsm 15 min dollara satıldı

24 aprel, 20:20

Çin astronomları qalaktikada qeyri-adi obyekt aşkar ediblər

24 aprel, 19:00

Süni intellekt aritmiya riskini əvvəlcədən müəyyən edə biləcək

24 aprel, 18:17

Ədliyyə Akademiyasında Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

24 aprel, 18:02

“Qrafik dizayner” ixtisası üzrə qısamüddətli təlimlər davam edir

24 aprel, 17:16

NDU-da II Respublika elmi konfransı keçirilib

24 aprel, 17:10

“Qədim yurd yerlərimiz, söykökümüz - Aşıq Ələsgər” adlı tədbir keçirilib

24 aprel, 17:06

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

24 aprel, 17:05

Region məktəblərində iqlim dəyişikliyi ilə bağlı təlimlər keçirilib

24 aprel, 17:01

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

24 aprel, 16:55

Dövlət Proqramı iştirakçısı beynəlxalq tədbirdə çıxış edib

24 aprel, 16:55

BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib

24 aprel, 16:37

Azərbaycanda PISA qiymətləndirməsi tam elektronlaşdırılacaq

24 aprel, 16:32

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub

24 aprel, 16:14

697 məktəbdə summativ qiymətləndirmə elektron formada keçirilib

24 aprel, 15:41

“Qərbi Azərbaycan toponimləri: milli kimliyin izləri” mövzusunda görüş keçirilib

24 aprel, 15:26

Fərqli dillərdə təhsil alan şagirdlər mayın 4-də imtahan verəcəklər

24 aprel, 15:23

Elektron jurnaldan istifadə edən məktəblərin sayı açıqlanıb

24 aprel, 15:17

Rektor elmi-tədqiqat təcrübəsi keçən qazaxıstanlı tələbələrlə görüşüb

24 aprel, 15:14

ADPU-da “Peşəkar təcrübə proqramı”nın bağlanış mərasimi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.