Bütün xəbərlər
24 yanvar, 16:25

Bu il 26 yanvar maarifçi və görkəmli ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 162-ci ildönümü qeyd olunacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, "AzEdu.az Təhsil Portalı 2020-ci ildən etibarən "Firidun bəy Köçərli" mükafatını təsis edib və həmin mükafat təhsilin inkişafına əhəmiyyətli töhfələr verən şəxsiyyətləri təltif etmək məqsədini daşıyır.

24 Yanvar - Beynəlxalq Təhsil Gününə özəl təhsilə töhfə verən mükafat qaliblərini ictimaiyyətə açıqlayırıq.

2025-ci il üçün "Firidun bəy Köçərli" adına mükafata layiq görülən 10 namizəd AzEdu.az ekspert qrupunun geniş müzakirələri və qiymətləndirmələri nəticəsində seçilib.
 
Qalibləri təqdim edirik:

Təhsil qanunvericiliyinin inkişafında və tətbiqində göstərdiyi fəallığa görə -  Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov;

Ali təhsildə innovativ metodlar və peşəkar idarəetmə sahəsindəki uğurlarına görə -Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev;

Təhsilin idarəedilməsi və peşə təhsilinə verdiyi töhfələrə görə - Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov;

Region təhsilinin idarə edilməsindəki nümunəvi yanaşmalarına görə - Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdiri Günay Mahmudova;

Cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsinə yönəlmiş mediada göstərdiyi mükəmməl fəaliyyətinə görə - “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev

Qərbi Azərbaycan təhsilinin tanıdılması sahəsində əvəzsiz fəaliyyətinə görə - Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov;

Müraciətlərin sürətli və dəqiq cavablandırılması sahəsindəki operativ fəaliyyətinə görə -  Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə;

Təhsilin inkişafında əhəmiyyətli ideya və təkliflərin müəllifi olduğuna görə - Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov;

Orta məktəb idarəçiliyində göstərdiyi təqdirəlayiq xidmətlərinə görə - Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova;

Müəllimlik fəaliyyətində nümunəvi xidmətlərinə görə - Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova.
 
Mükafatlar qaliblərə təqdim olunacaq.
 
Qeyd edək ki, AzEdu.az Təhsil Portalının təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.