Bütün xəbərlər
11 oktyabr, 20:27

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası Forumu” keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin əsas məqsədi gənc müəllimlər arasında milli-mənəvi dəyərləri möhkəmləndirmək, müstəqillik və suverenliyin qorunmasında müəllimin rolunu vurğulamaq, eləcə də təhsil işçilərinin bu istiqamətdəki missiyasını müzakirə etməkdən ibarətdir.

Forum 11 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Açılış nitqi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin ölkənin ideoloji və milli dayaqlarından biri kimi əhəmiyyətini vurğulayıb. O, müəllimlərin gənc nəslin vətənə, dövlətə sədaqət ruhunda formalaşmasında xüsusi rol oynadığını qeyd edib.

Forumda Milli Məclisin deputatı Naqif Həmzəyev təhsilin dövlət siyasətində prioritet istiqamət olduğunu bildirərək, gənc müəllimlərin bu missiyada fəal iştirakının önəmini vurğulayıb.

Forumun irəliləyən dəqiqələrində  “Müstəqillik və Suverenliyin Qorunmasında Müəllimin Missiyası” adlı panel müzakirəsi keçirilib. Panelə Pərvinə Qədimova moderatorluq edib. Müzakirədə tarix müəllimləri və dərsliklərin həmmüəllifləri Hafiz Cabbarov və Ramil Tanrıverdi çıxış edərək, müəllimlərin milli dəyərlərin ötürülməsində rolu və təhsildə ideoloji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Tədbirin növbəti hissəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu-nun MDM Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. O, məktəb mühitində uşaqların fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Forumun sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

1 /10

Şərhlər

Xəbər lenti

11 oktyabr, 16:32

BANM tələbəsinin elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

11 oktyabr, 15:32

“Uzay Kampı Türkiye”nin nümayəndələri STEAM İnnovasiya Mərkəzində olublar

11 oktyabr, 13:48

Adil Qasımov: “Push30” təhsil işçilərinə xüsusi güzəştlər təqdim edir

11 oktyabr, 13:31

ETİHİ və “Push30”un birgə layihəsindən tələbələr də yararlana biləcəklər - Sədr müavini

11 oktyabr, 13:26

ETİHİ və “Push30” – Pilot layihəsinin təqdimat mərasimi keçirilir

11 oktyabr, 12:58

11 Oktyabr Beynəlxalq Qızlar Günüdür

11 oktyabr, 12:53

1000 nəfərdən çox təhsil işçisi bu layihəyə müraciət edib - İcraçı direktor 

11 oktyabr, 10:24

Gənc idmançımız Avropa çempionatında uğur qazanıb

11 oktyabr, 09:12

TİF qızların təhsilinə dəstək məqsədilə 336 nəfərə təqaüd verib

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.