Bütün xəbərlər
23 may, 11:49

22 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun (TİF) birgə təşkilatçılığı ilə “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçıları üçün təlim sessiyası təşkil olunub.

TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, “The Training Hub Azerbaijan” platformasının təsisçisi və “Aztugem” layihəsinin rəhbəri Lamiyə Xəlilovanın təqdimatında “Gənc qızların cəmiyyətə asan inteqrasiyasına hazırlıq” mövzusunda baş tutan təlimin məqsədi gənc qızların sosial, şəxsi və peşəkar həyata uğurlu inteqrasiyasına dəstək olmaq, onların effektiv ünsiyyət və özünüifadə bacarıqlarını inkişaf etdirmək, habelə ictimai aktivliklərini artırmaq olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən təlim zamanı iştirakçılara “Effektiv özünütəqdimetmə bacarığı və onun sosial həyatda rolu”, “Ünsiyyətin əsas qaydaları və qeyri-verbal ünsiyyətin əhəmiyyəti”, “Sosial məsafə, empati və bədən dilinin önəmi” kimi mövzularda praktiki bilik və bacarıqlar aşılanıb.

Təlim çərçivəsində təşkil olunan oyun sessiyası vasitəsilə iştirakçılarla interaktiv şəkildə real situasiyalar müzakirə edilib və sosial bacarıqların gündəlik həyatda tətbiq imkanları ətraflı izah olunub. Bu kimi təşəbbüslər gənc qızların cəmiyyətə daha sağlam və məqsədyönlü inteqrasiyası, eləcə də ictimai həyatda daha fəal iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir.

1 /5

Şərhlər

Xəbər lenti

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:40

Riyaziyyat emosiyaları tənzimləyir

23 may, 13:35

Azərbaycan "Bebras" müsabiqəsinin tamhüquqlu üzvü seçilib

23 may, 13:19

“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu

23 may, 13:16

IX siniflərin buraxılış imtahanının nəticəsi nə vaxt elan ediləcək? – DİM sədri açıqladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.