Bütün xəbərlər
28 avqust, 14:50

Gürcüstanın Kvemo Orozmani kəndində aparılan arxeoloji qazıntılar zamanı alimlər 1,8 milyon il əvvələ aid insan çənə sümüyü aşkarlayıblar. Tədqiqatçılar bu tapıntının Avrasiya qitəsindəki ilk insan məskənlərinin öyrənilməsinə mühüm işıq tutacağını bildirirlər.

"Azərbaycan müəllimi" REUTERS-ə istinadən xəbər verir ki, Orozmani qazıntı sahəsi kiçik ölçüsünə baxmayaraq, tarixi əhəmiyyətinə görə diqqət çəkir. Burada Afrika xaricində indiyədək tapılmış ən qədim insan qalıqları aşkarlanıb. Bu isə alimlərin fikrincə, təxminən 2 milyon il əvvəl köç etməyə başlayan Homo erectus növünün həyat tərzi və miqrasiya yolları barədə yeni məlumatlar təqdim edir.

İlya Dövlət Universitetinin daş dövrü arxeologiyası üzrə professoru Giorgi Bidzinaşvili bildirib:

“Orozmanidən tapılan ilkin insan və heyvan qalıqlarının öyrənilməsi bizə Avrasiyanın ilk sakinlərinin həyat tərzi haqqında mühüm bilgilər verəcək. Biz düşünürük ki, Orozmani insanlığın tarixini anlamaq üçün çox böyük informasiya təqdim edə bilər”.

Tapıntı Tbilisidən təxminən 100 km cənub-qərbdə aşkarlanıb. Qeyd edək ki, 2022-ci ildə həmin bölgədə erkən insanlara aid diş qalıqları tapılmış, yaxınlıqdakı Dmanisi kəndində isə əvvəllər 1,8 milyon illik insan kəllələri üzə çıxarılmışdı.

Son qazıntılar zamanı həmçinin qılıncdişli pələng, fil, canavar, maral və zürafəyə aid qalıqlar, eləcə də daş alətlər aşkar edilib. Alimlərə görə, bu materialların öyrənilməsi erkən insanların Afrikanı tərk etdikdən sonra necə qidalandıqları və hansı iqlimdə yaşadıqları barədə mühüm suallara cavab verə bilər.

Orozmanidə hər il yeni Homo erectus qalıqları aşkar edilir. Qazıntılarda iştirak edən amerikalı antropologiya məzunu Miles Alexandre təəssüratını belə bölüşüb:

“Qazıntının ikinci günü balaca bir topuq sümüyü tapdım. Bəzən sadəcə bir neçə santimetr qazmaq kifayətdir ki, yeni bir kəşf ortaya çıxsın.”

1 /3

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.