
27 fevral 2025-ci il tarixində Təhsilin İnkişafı Fondu (TİF) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçıları üçün “Gündəlik həyatda hüquqi biliklər” mövzusunda təlim sessiyası təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsilin İnkişafı Fondunun Hüquq və insan resursları sektorunun müdiri – baş hüquqşünası Aysel Allahverdiyeva tərəfindən keçirilən təlim zamanı iştirakçılara gündəlik həyatlarında hüquq sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə əhəmiyyətli məlumatlar təqdim edilib. Sessiya çərçivəsində “Müqavilələrin mahiyyəti və növləri”, “İstehlakçı hüquqları”, “Vətəndaşların əsas hüquqi müdafiə mexanizmləri” mövzuları müzakirə edilib.
Təlim iştirakçıları real həyat nümunələri əsasında müqavilə bağlanarkən nəzərə alınmalı əsas məqamlarla tanış olublar. Eyni zamanda, tələbələr öz hüquqlarını qorumaq üçün atmalı olduqları hüquqi addımlar və mübahisəli hallarda müraciət edə biləcəkləri qurumlar haqqında məlumat alıblar.
Mövzular üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən qızların sualları cavablandırılıb.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər