Bütün xəbərlər
4 iyul, 16:20

Son illərdə azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanması ölkəmizdə insan kapitalının formalaşdırılması çağırışılarına cavab verməklə əmək bazarının müasir bilik və səriştələrə malik peşəkarlarla təmin olunmasında xüsusi əhəmiyyət kəsb etməkdədir. Dünyanın müxtəlif ölkələri ilə həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramları (HTP) sürətli dəyişikliklər dövründə ölkəmizin davamlı inkişafının başlıca hərəkətverici qüvvəsi hesab olunan insan kapitalının formalaşmasında mühüm əhəmiyyət daşıyır.  
 
Beləliklə də “Azərbaycan müəllimi”nin növbəti müsahibi Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Tacikistan Respublikasının Tacik Milli Universitetinin tələbəsi Mohəmmədəli Axundovdur. Onu da qeyd edək ki, Mohəmmədəli Axundov HTP çərçivəsində Tacikistanda ali təhsil alan ilk tələbəmizdir.

Sizi oxucularımıza necə təqdim edək? 

– Orta təhsilimi Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada (ərəb dili üzrə) almışam. 2020-ci ildə orta təhsilimi başa vurub, Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsinə daxil olmuşam. Ali təhsilimi Regionşünaslıq (Ərəb ölkələri) üzrə davam etdirmişəm və 2024-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Bu müddətdə yerli və beynəlxalq tədbirlərdə iştirak etmişəm. Xaricdə (Türkiyədə və Oman Sultanlığında) “Qatar Debate” tərəfindən təşkil edilmiş debatda Bakı Dövlət Universitetini ərəb dilində təmsil etmişəm. Universitet illərində qrupumun qrup nümayəndəsi olmuşam. Rəhbərlik və fakültə tərəfindən verilən tapşırıqları dərhal və yüksək səviyyədə yerinə yetirmişəm. Dərslərimlə yanaşı, ictimai fəallığımı da hər zaman qorumuşam. Buna görə BDU-nun rektoru Elçin Babayev tərəfindən sertifikata (Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi tədbirində təhsildə əldə etdiyim yüksək akademik nəticələrə və universitetin ictimai həyatında fəal iştirakıma görə Aida İmanquliyeva adına 2-ci təqaüdə) və təşəkkürnaməyə (Universitetin ictimai həyatında fəal iştirakıma və könüllük fəaliyyətimə görə) layiq görülmüşəm. Beynəlxalq və yerli tədbirlərdə hər zaman iştirak etmişəm.

Bakalavr təhsilimi isə 95.85 ortalama (fərqlənmə diplomu) ilə bitirmişəm. Bu həm də təhsil həyatıma çox böyük təsir etdi və gözəl xatirələrlə yadda qaldı. 

Tacikistanda ali təhsil həyatınız necə başladı? Bu yolda Hökumətlərarası Təhsil Proqramının rolu və əhəmiyyəti barədə nə deyərdiniz?

– Tacikistanda ali təhsil həyatım Hökumətlərarası Təhsil Proqramı vasitəsilə başladı. İlk növbədə, HTP-də yer alan ölkələri və şərtləri araşdırdım. Mənə uyğun olan Tacikistan üzrə təhsil almağım oldu. HTP vasitəsilə bir çox bağlı qapıların açılmasına şərait yaradıldı. HTP əməkdaşı Niftalı bəy Qasımlı məni səfirliyə yönləndirdi, dövlətimin dəstəyini də yüksək səviyyədə hiss etdim. Hər çətinlik zamanı mənə xüsusi diqqət və zaman ayrılırdı. 

– Tacik Milli Universitetində hansı ixtisası seçdiniz? Bu ixtisas sizin üçün nə dərəcədə maraqlı və cəlbedici oldu?

– Mən öz ixtisasımı davam etdirdim. Ərəb və fars dillərini sevərək təhsil alırdım. Mənim marağım və məqsədim bu dilləri təkmilləşdirərək, Azərbaycan Respublikasına xidmət etməkdir. Hazırda isə “Ərəb-ingilis” ixtisasında, həmçinin fars və tacik dilləri üzrə təhsil alıram. 

– Bu universitetdə tədris mühiti, müəllim-tələbə münasibətləri barədə nə deyərdiniz? Əcnəbi tələbələrə münasibət necədir?

– Məlum olduğu kimi, ilk dəfə olaraq Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair protokola uyğun olaraq 2 nəfər Azərbaycan Respublikası vətəndaşı Tacikistanda magistratura və doktorantura səviyyələrində tam təqaüdlə təhsil almaq hüququ qazanmışdı. 2018-ci ildən açılan kvotaya əsasən HTP (dövlət xətti ilə) təhsil alan ilk azərbaycanlı tələbə olduğum üçün xüsusi diqqət də ayrılırdı. Universitetdə tədris mühiti olduqca peşəkar və dostanədir. Müəllimlər tələbələrə qarşı anlayışlı və dəstəkləyicidirlər. Əcnəbi tələbələrə münasibət isə çox müsbətdir. Tələbə yoldaşlarımız bizə kömək etməyə çalışır, müəllimlər isə fərqli ölkələrdən gəlmiş tələbələrə xüsusi diqqət yetirirlər. 

Tacikistan ali təhsil sistemi, eləcə də təhsil aldığınız universitet barədə əvvəlcədən məlumatınız var idimi? Bu ölkədə təhsil həyatınız sizi qane etdimi?

– Müraciət etməmişdən qabaq xüsusi araşdırmamı apardım. Universitet ilə əlaqəyə keçdim. Hansı imkanlar məni qarşıda gözləyir, ətraflı məlumat əldə etmişdim. Burada keçirdiyim təhsil illəri ümumilikdə məni qane etdi. Həm elmi biliklər, həm də şəxsi inkişaf baxımından zəngin təcrübə qazandım. Magistr təhsilimin 1-ci kursunu yüksək ballarla bitirdim.

– HTP çərçivəsində xaricdə təhsil almaq istəyən gənc yaşıdlarınıza nə kimi tövsiyələriniz olardı?

– Tövsiyəm odur ki, bu cür fürsətləri dəyərləndirməkdən çəkinməsinlər. Yeni ölkə, yeni təhsil sistemi və mədəniyyət insanı həm elmi, həm də fərdi baxımdan inkişaf etdirir. Dil öyrənmək, ünsiyyət bacarıqları və çevik düşüncə tərzi bu təcrübənin müsbət nəticələridir. Xüsusən fars dili üzrə təhsilini davam etdirmək istəyən tələbələr burada dil baxımından, tarix baxımından xüsusi inkişaf edə bilərlər. Ölkə çox sabit, təhlükəsiz və qonaqpərvər xalqı ilə tanınır. Hər bir tələbə üçün bu amillər düşünürəm ki, mühümdür. Hər kəs üçün asan deyil ki, ölkəsindən, ailəsindən, doğmalarından uzaqlaşıb, böyük amal uğrunda qərib ölkədə təhsil alsın. Bu yalnız istəkli tələbələr üçündür.

Tövsiyəm budur ki, heç bir zaman ümidlərinizi qırmayın. Kimlərsə, sizi bu yoldan döndərə bilər. “Ora haradır?”, “Tək nə edəcəksən?”, “Sən bacara bilməzsən!”, – kimi sözlərdən istifadə edirlər. Əgər həqiqətən böyük hədəfləriniz varsa, heç vaxt bunlara qulaq asmayın. Təbii ki, də səhvlər olacaq və böyük çətinliklərlə qarşılaşacaqsınız. Amma böyük hədəfiniz varsa, hər şeyin üstəsindən gələcəksiniz. Sizin də böyük hədəfləriniz olsa, heç zaman dayanmayacaqsınız. Daha çox dil öyrənməyə çalışın. Ümumiyyətlə, seçdiyiniz ölkənin dilini normal səviyyədə öyrənməyə çalışın. Çünki sizə çox ehtiyac olacaq. Mən fars dilini yaxşı bildiyim üçün çox az çətinliklər oldu. Unutmayın ki, əziyyət çəksəniz, onun bəhrəsini hər zaman görəcəksiniz. Bu nə qədər şablon səslənsə də, reallıqdır.

Gələcək planlarınız barədə nə deyərdiniz?

– Gələcək planlarıma gəlincə, diplomatik sahədə fəaliyyət göstərmək və bu yolla doğma dövlətimə, Azərbaycan Respublikasına xidmət etməkdir. Xaricdə təhsil alaraq əldə etdiyim bilik və təcrübəni Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi üçün istifadə etməyi qarşıma məqsəd qoymuşam. Xüsusilə də ölkəmizi xaricdə təmsil etmək, onun tarixi, mədəniyyəti, mövqeyi və siyasi uğurları barədə obyektiv və dolğun informasiya vermək mənim üçün həm bir vətəndaşlıq borcu, həm də şəxsi arzumdur. Eyni zamanda təhsilimi doktorantura pilləsində davam etdirmək istəyirəm. Elmi istiqamətdə inkişaf edərək beynəlxalq münasibətlər, dilçilik və diplomatiya sahəsində ixtisaslaşmağı hədəfləyirəm. Uzunmüddətli məqsədim ölkələr arasında qarşılıqlı anlaşmanın formalaşdırılması üçün çalışmaq, Azərbaycan Respublikasını beynəlxalq aləmdə daha geniş və düzgün şəkildə tanıtmaqdır. 

Sonda isə Tacikistanda ali təhsil arzularımın reallaşmasında bu protokolu həyata keçirilməsi üçün göstəriş verən Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, hər iki ölkə arasında imzalanan sazişin Azərbaycan tərəfindən Tacikistan üzrə seçilən ilk tələbəsiyəm. Mənə dəstək olduqları üçün ailəmə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, HTP-ə dərin minnətdarlığımı bildirirəm.

Şərhlər

Xəbər lenti

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

12 sentyabr, 14:08

“Dərs planları bir çox hallarda formal xarakter daşıyır” – Elnur Əliyev

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.