
Martın 3-də Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyasının rəhbər heyəti Azərbaycan İdman Akademiyasında (AİA) qonaq olub.
Akademiyadan "Azərbaycan müəllimi"nə bildirilib ki, əvvəlcə qonaqlar Akademiyanın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olub, ardınca iclas baş tutub.
AİA rəhbərliyi ilə Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyasının Elmi işlər üzrə prorektoru Tursunzada Kuanqaliyeva, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsəm Aytəliyeva görüşdə iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi, gələcəkdə yeni layihələrin yaradılması, ikili diplom, birgə təlimlərin keçirilməsi və tədqiqatların aparılmasını müzakirə ediblər.
Yekunda AİA ilə Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.
Sonda rəhbərlik və nümayəndə heyəti ilə xatirə şəkli çəkilib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər