Bütün xəbərlər
6 dekabr, 14:46

Yetkinlik dövründə təhlükəsizlik,  təhsil və sağlamlıq hüquqlarının təmini üçün hər bir dəstəyi alan və bunun hesabına öz potensiallarını gercəkləşdirən uşaqlar gələcəyin uğurlu işçiləri, sahibkarları, mentorları, siyasi liderləri, idmançıları ola bilirlər. Bu baxımdan Azərbaycanda uşaqların bütün istiqamətlər, o cümlədən idman üzrə potensiallarının üzə çıxarılması daim diqqət mərkəzində saxlanılır. 

Ölkənin bütün bölgələri ilə yanaşı, Sumqayıt və Abşeronda da uşaqların idmanla məşğul olması üçün müasir tələblərə cavab verən infrastruktur formalaşdırılıb. Təsadüfi deyil ki, bunun nəticəsi olaraq regionda yeniyetmə və kiçikyaşlı uşaqların idmana marağı ildən-ilə artır. Hazırda bölgədə fəaliyyət göstərən Olimpiya, Paralimpiya və digər idman komplekslərində, idman məktəblərində yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşğul olurlar. Sumqayıtda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Məktəbli idmançılarımız respublika, həmçinin beynəlxalq səviyyəli yarışlarda uğurla iştirak edərək ölkəmizi layiqincə təmsil edirlər.

“Azərbaycan müəllimi” Sumqayıt şəhərində yerləşən idman mərkəzlərinin uğurlu məktəbli yetirmələri ilə həmsöhbət olub.

“Hədəflərim Avropa, dünya və olimpiya çempionu olmaqdır”

Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Abbasova Səma boks üzrə nailiyyətlər qazanıb: “4 ildir ki, idmanla məşğulam. Əvvəllər uşu sanda (Wushu sanda) və muay tay (Muaythai) döyüş sənəti ilə məşğul olmuşam. Dəfələrlə Azərbaycan çempionatlarında və bir çox turnirlərdə qalibiyyət qazanmışam. 2021-ci ildə Ukraynada keçirilən Dünya Kubokunda 1-ci yerə layiq görüldüm. 2023-cü ildə Türkiyənin Ədirnə şəhərində keçirilən 6-cı Açıq Balkan çempionatında 3-cü yeri qazandım. Bu il boks üzrə respublika çempionatında 1-ci yerə çıxaraq Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəblilər arasında keçirilən Avropa birinciliyində Rumıniya və Serbiya idmançılarına qalib gələrək finalda rus rəqibimə məğlub oldum və gümüş medal qazandım. Mənim uşaqlıqdan idmana böyük həvəsim var və anamın dəstəyi ilə gəlib bu yerlərə çıxmışam. Uğurlarıma görə öncə anama və Sumqayıt şəhərində fəaliyyət göstərən müəllimimə, beynəlxalq dərəcəli əməkdar məşqçi Anar Baxışova minnətdaram. Gələcəkdə üzərimdə işləyərək dünyada tanınan idmançı olmaq arzusundayam. Hədəflərim Avropa, dünya və olimpiya çempionu olmaqdır. İdmanla məşğul olmaqla yanaşı dərslərimi də yaxşı oxuyuram. Kompüter mühəndisliyi ixtisasına yiyələnməyə hazırlaşıram. Hər bir Azərbaycan qızına idmanla məşğul olmağı, eyni zamanda, dərslərini yaxşı oxumağı tövsiyə edirəm. Çünki təhsilsiz idmançı olmamalıdır. Xanımlar təhsilli olmaqla yanaşı özünü müdafiə etməyi də bacarmalıdırlar”.    

“İdman məni xoşbəxt edir”

Abşeron rayonu Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mikayılova Aysu isə boks üzrə ikiqat Azərbaycan çempionudur: “Mən ailəmdən, böyük bacımdan ilham alaraq 2 ildir ki, boksla məşğul oluram. 2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş boks yarışında ölkə çempionu, 2 dəfə Azərbaycan çempionu adını qazanmışam. “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında məşq edirəm, yarışlara hazırlaşıram. Hədəfim Avropa, dünya çempionatlarına qatılmaq, olimpiadalarda Vətənimə qızıl medallar qazandırmaqdır. Ali təhsilimi isə Azərbaycan İdman Akademiyasında davam etdirmək istərdim. İdmanla məşğul olmaq tək sağlamlıq deyil, həm də heç kimə möhtac olmadan özünü qoruya bilməkdir. İdman bəzilərinə görə sağlamlıq, digərlərinə görə əziyyət, başqalarına görə isə hobbidir. İdman məni xoşbəxt edir. Düzdür, boksun əziyyəti çoxdur. Lakin əziyyət çəkmədən bəhrəsini görmək olmaz. Hansı məsləkdə olmaq istədiklərindən asılı olmayaraq bütün şagirdlərə uğurlar arzulayıram”. 

“Boks insanda dəqiqlik və  dözümlülüyü artırır”

Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Qasımov Nihad 9 ildir boks idman növü ilə məşğuldur: “İdmana marağım atamın sayəsində yaranıb. Mən 2019-cu ildən 2023-cü ilə qədər yeddi dəfə Sumqayıt çempionu olmuşam. Bu il isə mənim üçün ən düşərli illərdən biri oldu. Belə ki, 12-19 may tarixində Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində iştirak edərək çempion oldum. 2024-cü il 23-30 iyun tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində milli yığma komandasının tərkibində iştirak edərək ikinci yerin sahibi oldum, sentyabrın 16-da isə Belarusda keçirilən boks üzrə beynəlxalq turnirdə qızıl medala layiq görüldüm. Gələcəkdə dünya, Olimpiya çempionu adını qazanmağı arzulayıram. Bu idman növü ilə məşğul olmaq insanı tək fiziki olaraq güclü etmir. Boks tarazlığı inkişaf etdirir, insanda dəqiqlik və reaksiya, dözümlülüyü artırır. Həmçinin emosiyaları idarə etməyi öyrədir. Boksu mənə sevdirdiyi üçün məşqçim Xəqani Əliyevə təşəkkür edirəm. Məktəblilərə tövsiyəm odur ki, pis vərdişlərdən uzaq olsunlar və valideynlərinə layiq övlad kimi yetişsinlər”. 

“İdmandakı bütün uğurlarıma görə atama borcluyam”

Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əliyev Şükarı boks idman növünə atası həvəsləndirib: “İdmanla kiçik yaşlarımdan, boksla 6 yaşımdan məşğulam. Atam Xəqani Əliyev əsas məşqçimdir və bütün yarışlara məni o hazırlayıb. İdmandakı bütün uğurlarıma görə atama borcluyam. 2023-cü ildə boks üzrə məktəblilər arasında Sumqayıt birinciliyinin qalibi, 2024-cü ildə isə ard-arda Bakı birinciliyinin, Respublika turnirlərinin qalibi olmuşam. 1-11 avqust 2024-cü il tarixində Bosniya və Herseqovinanın Banya Luka şəhərində boks üzrə məktəbli qız və oğlanlar arasında keçirilən Avropa birinciliyində 63 kq çəki dərəcəsində rinqə çıxaraq bürünc medal qazanmışam. Arzum dünya səviyyəli yarışlarda böyük nailiyyətlər qazanıb tanınmış idman xadimi olmaq, Olimpiya oyunlarının qızıl medalını ölkəmizə gətirməkdir. Fikrimcə, məktəblilər idmanla məşğul olaraq sağlam və güclü olmalı, lakin idmana görə təhsildən yayınmamalıdırlar”. 

“Bütün uşaqlara hər zaman özlərinə inanmağı arzulayıram”

Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Həsənbəyova Nərmin bədii gimnastika ilə məşğuldur: “Kiçik yaşlarımdan evdə gimnastika yarışlarına maraqla baxırdım. 4 yaşım olanda anam məni “Ocaq Sport”  klubuna apardı və orada ilk məşqçim Səbinə müəlimdən akrobatika, gimnastika dərsləri aldım. 2022-ci ildə iki dəfə həmin klubun təşkil etdiyi 1-ci Açıq Birinciliyində iştirak etdim. İlk yarışımda öz yaş kateqoriyam üzrə 2-ci yeri tutdum. Hazırda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində bədii gimnastika ilə məşğul oluram. Müəllimim beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovadır. Bu il “Ocaq Sport” klubunun təşkil etdiyi Açıq Birinciliyində də 2-ci yerə layiq görüldüm. Noyabrın 3-də “Bakı payızı-2024” müsabiqəsində bal rəqsləri üzrə 2-ci yerin sahibi oldum. Gələcəkdə ölkəmiz bədii gimnastika üzrə beynəlxalq yarışlarda şərəflə təmsil etmək, olimpiadalarda qızıl medallar qazanmaq istəyirəm. Bütün uşaqlara hər zaman özlərinə inanmağı arzulayıram”. 

Xəbər lenti

5 fevral, 11:30

Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi

5 fevral, 11:25

Fil Bati: Azərbaycan universitetləri öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırırlar

5 fevral, 11:02

Mingəçevir Gənclər Evində uğur və ilham dolu günlər - REPORTAJ

5 fevral, 10:51

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

5 fevral, 10:16

Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər

5 fevral, 10:09

Agentlikdə yeni təyinatlar olub

5 fevral, 10:05

BSU-da Tələbə Məşvərət Şurasının iclası keçirilib

5 fevral, 09:45

Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab yarada bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.