Bütün xəbərlər
27 fevral, 16:25

“AzerGold” QSC bir sıra yerli ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün 4-cü Təqaüd Proqramı Müsabiqəsi qaliblərinin mükafatlandırılma və “Mədən topoqrafiyası” kitabının təqdimatı ilə bağlı təşkil edilən tədbirdə deyib. 

O bildirib ki, mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat sahəsində qarşılıqlı maraq doğuran birgə fəaliyyətin təşkili məqsədilə  8 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu imzalanıb və buna uyğun işlər aparılır. İlk memorandumlar 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetləri ilə imzalanıb:

“2018-ci ildən Azərbaycan Diplomatik Akademiyası, 2019-cu ildən isə Azərbaycan Dövlət Aqrar,  Azərbaycan Texniki və Bakı Dövlət universitetləri ilə əməkdaşlığa start verilib. 2021-ci ildən isə Azərbaycan Texniki Universiteti və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlamışıq”.

Sədr əlavə edib ki, ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq sahə üzrə təhsil alan tələbələrin QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələnən tələbələr istehsalat sahəsində də təcrübə əldə edirlər. 

“Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri keçir, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər təşkil edirlər. Təcrübəsini uğurla tamamlamış tələbələrə QSC-nin sertifikatları təqdim olunur. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir. İndiyə kimi 230 nəfər ali məktəb, 33 nəfər peşə məktəbi tələbəsi cəmiyyətdə istehsalat təcrübəsinə cəlb edilib. İstehsalat təcrübəsi dövründə tələbələrə hər ay 300 manat ödənilir. İndiyədək həmin tələbələrin 32-si işə qəbul edilib”,- deyə Zakir İbrahimov diqqətə çatdırıb.

Şərhlər

Xəbər lenti

28 iyun, 10:55

Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar

27 iyun, 23:02

Müəllimlərin işə qəbulu müsabiqəsinin vaxtları AÇIQLANDI

27 iyun, 20:44

Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb

27 iyun, 10:21

Sertifikasiyada könüllü iştirak edib yüksək bal topladılar

27 iyun, 09:42

Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

27 iyun, 09:39

BSU-da “Məzun günü” tədbiri keçirilib

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.