Bütün xəbərlər
8 fevral, 15:25

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi ilk dəfə 15 may 1991-ci ildə təşkil edilib, daha sonra Avropanın bir çox ölkəsində keçirilməyə başlanılıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu gün dünyanın 100-dən çox ölkəsində 6 milyondan artıq şagirdin iştirak etdiyi müsabiqə ölkəmizdə 2018-ci ildən etibarən keçirilir. Rəsmi dili ingilis dili olan Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi “Sərhədsiz Riyaziyyatçılar” Assosiasiyası tərəfindən təşkil edilir.

Sözügedən assosiasiya haqqında geniş məlumatı https://www.aksf.org/index.xhtml internet səhifəsindən əldə etmək mümkündür.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri təqdim edilən tapşırıqların həm əyləncəli, həm də öyrədici olmasıdır. “Əylənirik, həll edirik, öyrənirik” prinsipinə uyğun təşkil olunan müsabiqədə tapşırıqlar hər yaşda və hər səviyyədə riyazi biliyə sahib olan uşaqlara uyğun olaraq tərtib edilir. Riyazi məntiq, analiz, təhlil və yaradıcı yanaşma tələb edən tapşırıqlar şagirdlərdə riyazi düşüncənin dərinləşməsinə və problem həlletmə bacarıqlarının inkişaf etməsinə səbəb olur. 

Müsabiqədə şagirdlərə təqdim edilən olduqca maraqlı və keyfiyyətli tapşırıqlar 100-dən çox ölkəni təmsil edən 200-dən artıq riyaziyyatçının ortaq çalışmaları ilə hazırlanır və seçilir. Digər tərəfdən şagirdlərimizin bu tip beynəlxalq müsabiqə və olimpiadalarda aktiv iştirakı onlarda riyaziyyat fənninə olan marağın artması, beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiq edilməsi baxımından əhəmiyyətli hesab edilir.

Ölkəmizdə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil edilir. 

Müsabiqə ödənişlidir və müsabiqədə iştirak könüllüdür. 2025-ci il üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin keçirilmə tarixi barədə məlumat yaxın günlərdə elan ediləcək.

Şərhlər

Xəbər lenti

23 may, 10:00

Akademik: Qarabağ və Şərqi Zəngəzur üçün ayrıca “Qırmızı kitab”ın hazırlanması mühümdür

23 may, 09:47

Bakıda 3 məktəb direktoru işdən çıxarıldı

23 may, 09:33

Elm və təhsil naziri ICESCO-nun baş direktoru ilə görüşüb

22 may, 22:05

MDU-da regionun ilk beynəlxalq IT təlim mərkəzi istifadəyə verilib

22 may, 18:55

ADNSU-da zərərli vərdişlərə qarşı maarifləndirmə tədbiri keçirilib

22 may, 18:17

Ağsu məktəblisi ölkə çempionu oldu 

22 may, 18:10

“Sən də bacararsan!” – Liderlik qabiliyyətini sübut edən 10 qalib

22 may, 18:01

Qarabağ Universitetinin rektoru “Sabahın alimləri” və RFO-nun qalibləri ilə görüşüb

22 may, 17:56

ADNSU-da “Liderlik nədir? - müasir baxış” mövzusunda təlim keçirilib

22 may, 17:47

“Kreativ düşüncə tərzini necə formalaşdırmalı?” mövzusunda infosessiya keçirilib

22 may, 17:44

ADMİU H-indeks göstəricilərində üç pillə irəliləyib

22 may, 17:39

Məcburi köçkünlər peşə təhsili təlimlərinə təşviq edilirlər

22 may, 17:38

İkili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-də olublar

22 may, 17:10

AzMİU və “Prosol” şirkəti kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayacaq 

22 may, 16:50

Lənkəranda əmək yarmarkası keçiriləcək

22 may, 16:45

“Son zəng” ölkələrdə necə keçirilir? - Dünya təcrübəsi

22 may, 15:50

BMU-da “CareerFest BEU 2025” karyera festivalı keçirilib

22 may, 15:32

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə dəstək mərkəzləri yaradılıb

22 may, 15:15

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə daha bir müraciət

22 may, 15:00

Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.