Bütün xəbərlər
22 may, 17:38

12-16 may tarixlərində Elm və Təhsil Nazirliyi və ADA Universitetinin nümayəndələri ABŞ-yə işgüzar səfər ediblər. 

“Azərbaycan müəllimi” xəbər verir ki, səfər ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ("GWU") arasında mövcud əməkdaşlığın qiymətləndirilməsi, qarşıdakı illər üçün tələbə qəbulu və təbliğat fəaliyyətlərinin müzakirəsi, müəllim heyətinin inkişafı və yeni akademik təşəbbüslərin nəzərdən keçirilməsi məqsədi daşıyıb.

Nümayəndə heyətinin üzvləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, ADA Universitetinin prorektorları Elkin Nurməmmədov və Günay Ziyadova, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamovdan ibarət olub.

Səfər çərçivəsində nümayəndələr “GWU”nun Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak da daxil olmaqla, tərəfdaş universitetin akademik heyəti ilə bir sıra görüşlər keçiriblər. Tərəflər birgə proqramların hazırkı vəziyyəti, tədris keyfiyyəti və davamlılığı, eləcə də tələbə qəbulu və akademik heyətin potensialının gücləndirilməsi istiqamətində planları müzakirə ediblər.

Həmçinin Rəhbər Komitə üzvləri Azərbaycanın ABŞ-dəki səfirliyində səfir Xəzər İbrahimlə görüşüblər. Görüşdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələri, innovasiya və bilik mübadiləsini inkişaf etdirəcək mümkün istiqamətlər və mexanizmlər müzakirə olunub.

Rəhbər Komitə üzvləri, eyni zamanda, "GWU"da təhsil alan ADA tələbələri ilə də görüşərək onların təəssüratlarını, əldə etdikləri bilik və bacarıqları, həmçinin ABŞ-dəki akademik və sosial təcrübələrini dinləyiblər.

Səfər nümayəndə heyətinin "GWU"da keçirilən “Məzun günü”ndə iştirakı ilə yekunlaşıb.
Elektrik və elektroenergetika mühəndisliyi” üzrə ikili diplom proqramının tələbələrinin də məzun olduğu mərasimdə dekan Abzatdin Adamov "GWU"nun müəllim heyəti ilə birlikdə səhnədə yer alaraq tələbələri təbrik edib.

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində “Kompüter elmləri və data analitikası”, eləcə də “Elektrik və elektroenergetika mühəndisliyi” üzrə ikili diplom magistratura proqramları təqdim edir. Qeyd edilən magistratura proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

1 /6

Şərhlər

Xəbər lenti

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? — RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırılmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.