Bütün xəbərlər
23 may, 10:00

Hazırda Qarabağ və Şərqi Zəngəzur rayonları üçün ayrıca “Qırmızı kitab”ın hazırlanması və nəşr edilməsi ilə bağlı konkret hüquqi-normativ qərar mövcud olmasa da, bu istiqamətdə mövcud elmi və institusional fəaliyyətlər gələcəkdə belə bir sənədin hazırlanmasının elmi və strateji baxımdan zəruriliyini açıq şəkildə nümayiş etdirir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova deyib.

Akademikin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərmiş aidiyyəti elmi tədqiqat institutlarının son illərdə həmin regionlarda həyata keçirdikləri ekspedisiya və monitorinq fəaliyyəti, tanınmış alim-mütəxəssislər tərəfindən irəli sürülmüş təkliflər, həmçinin aparılan bərpa-bioloji tədqiqatlar bu ideyanın gerçəkləşdirilməsini daha da aktuallaşdırır: “Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həmin ərazilərdə genişmiqyaslı floristik və faunistik tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində Qarabağda və Şərqi Zəngəzurda əvvəllər qeydə alınmamış bir sıra nadir, endemik və relikt növlər aşkarlanıb və onların arealları dəqiqləşdirilib. Həmin növlərdən bəziləri beynəlxalq mühafizə statusuna malik olmaqla yanaşı, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrində də yer alıb. Hazırkı mərhələdə həmin nəşrdə Qarabağ regionundan təxminən 60 növ əks edilib, həmçinin 150-dən artıq növün nadir və itmək təhlükəsində olduğu elmi əsaslarla müəyyən edilib. Tədqiqatların nəticələrinə əsasən, həmin növlərin bioekoloji xüsusiyyətləri öyrənilib, yayılma coğrafiyası, populyasiya dinamikası və onların təbiətdəki mühafizə vəziyyəti qiymətləndirilib. Əldə olunan məlumatlar beynəlxalq mühafizə meyarlarına, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının kriteriyalarına uyğun olaraq sistemləşdirilib və diaqnostik monitorinqlər vasitəsilə ekoloji risklər müəyyənləşdirilib”.

İradə Hüseynova diqqətə çatdırıb ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri fonunda biomüxtəlifliyin mühafizəsi məsələsi dövlətin ekoloji siyasətinin mühüm prioritetlərindəndir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da ekosistem xidmətlərinin bərpası, nadir növlərin qorunması və ətraf mühitə inteqrasiyalı yanaşma əsas strateji məqsədlərdən biri kimi göstərilib. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur üçün ayrıca regional “Qırmızı kitab”ın hazırlanması təkcə elmi deyil, həm də ekoloji, hüquqi və sosial aspektlərdən mühüm əhəmiyyət kəsb edir. Belə bir sənəd bölgənin bioloji ehtiyatlarının səmərəli idarə olunmasına, nadir və təhlükə altında olan növlərin daha dəqiq təsnifatına və onların mühafizəsinin optimallaşdırılmasına xidmət edəcək. Eyni zamanda, həmin təşəbbüs beynəlxalq səviyyədə Azərbaycanın ekoloji öhdəliklərinin yerinə yetirilməsinə və regionun transsərhəd biomüxtəliflik kontekstində təhlilinə də töhfə verə bilər. “Bu istiqamətdə ilkin addımlardan biri kimi Elm və Təhsil Nazirliyi Botanika İnstitutu tərəfindən hazırlanmış “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı”nda regionda yayılan nadir və itmək təhlükəsində olan 41 fəsiləyə aid 87 növ haqqında məlumat və şəkillər əks olunub. Son illərdə həmin institutun əməkdaşları regionda bir neçə yeni bitki, o cümlədən Zəngilan rayonundan Azərbaycan florası üçün Xarıbülbül cinsinin nadir və itmək təhlükəsində olan iki yeni növünü aşkar ediblər. Böyük Zəfərdən sonra Qarabağın bitki müxtəlifliyi ilə bağlı tədqiqatların aparılmasında, həmçinin Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu, Gəncə Dövlət Universitetinin Botanika kafedrası və digər elmi qurumların da əhəmiyyətli rolu olub”, - deyə akademik vurğulayıb.

Akademik bildirib ki, nəticə etibarilə, Qarabağın və Şərqi Zəngəzur regionunun təbiəti yalnız ölkənin milli sərvəti deyil, həm də Qafqazın ekoloji davamlılığı baxımından strateji əhəmiyyətə malikdir. Ona görə də bu ərazilər üçün ayrıca “Qırmızı kitab”ın hazırlanması və tətbiqi həm ekosistemlərin bərpası baxımından, həm də gələcək nəsillərə təbii irsin ötürülməsi baxımından aktual və zəruri məsələ kimi dəyərləndirilməlidir.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.