Bütün xəbərlər
23 may, 13:01

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib. 

Bu barədə “Azərbaycan müəllimi”nə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Kiçik Akademiya”lar daxilində həyata keçirilən işlərlə bağlı konfrans, seminar, “Dəyirmi masa” və sərgilər keçiriləcək.

“Kiçik Akademiya” daxilində “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” mövzusunda tədbirlərin, “Kiçik Akademiyaların böyük dahiləri” adlı robototexnika, proqramlaşdırma və texnologiya sahələrinə dair müxtəlif müsabiqələrin, şagirdlərdə liderlik, tənqidi düşüncə, problem həll etmə, kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün təlim və simulyasiya proqramlarının təşkili nəzərdə tutulur.

Həmçinin “Gələcəyin startapçısı” adlı ideya müsabiqəsinin, “EkoDostlar” layihəsinin, “Gənc tədqiqatçılar forumu”nun, “Uşaq teatrı” proqramının, “Açıq elmi gün”-valideynlər və icma üçün təqdimat sessiyalarının, “Kiçik Akademiyaların böyük dahiləri” adlı II ümumşəhər konfransının keçirilməsi planlaşdırılır.

Bundan əlavə, “Akademik mentorluq proqramı”nın, kibertəhlükəsizliklə bağlı praktiki sessiyaların təşkili, “Elm aylığı” adlı aylıq qəzetin hazırlanması da nəzərdə tutulur.

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

Şərhlər

Xəbər lenti

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:40

Riyaziyyat emosiyaları tənzimləyir

23 may, 13:35

Azərbaycan "Bebras" müsabiqəsinin tamhüquqlu üzvü seçilib

23 may, 13:19

“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu

23 may, 13:16

IX siniflərin buraxılış imtahanının nəticəsi nə vaxt elan ediləcək? – DİM sədri açıqladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.