
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul planı ötən illə müqayisədə bu il azaldılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar təşkil edilən brifinqdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, orta ixtisas təhsili müəssisələrinə qəbul planı ötən il 10 930 yer olduğu halda, 2025-ci il üçün plan yerlərinin sayı təxminən 25 faiz azaldılaraq 8144 müəyyən edilib. Tam orta (11 illik) təhsil bazasında isə qəbul planı 28.15 faiz artırılaraq 15 min 874 yerə çatdırılıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər