Bütün xəbərlər
16 may, 10:42

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar (ATİAH) İttifaqı Respublika Komitəsi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının birgə təşkilatçılığı ilə “Ustad dərsi” adlı yeni təhsil layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi pedaqogika sahəsində qabaqcıl təcrübəyə malik təhsil mütəxəssislərinin iştirakı ilə ustad dərsləri təşkil etmək, müəllim və tələbələrin pedaqoji səriştələrini artırmaq, eyni zamanda təcrübə mübadiləsinin formalaşmasına dəstək olmaqdır.

“Azərbaycan müəllimi” xəbər verir ki, 15 may tarixində ilk ustad dərsi Türkiyənin tanınmış professoru, təcrübəli pedaqoq Belma Tuğrulun iştirakı ilə Lənkəran Dövlət Universitetində (LDU) keçirilib.

Tədbirdən öncə Lənkəran Dövlət Universitetinin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov qonaqlarla görüşüb və belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək ustad dərslərinin davamlı olmasını arzulayıb. 

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev ATİAH-ın həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib. O bildirib ki, təhsil sahəsində aparılan islahatlar, təhsil işçilərinin peşəkarlığının artırılması ölkənin davamlı inkişaf strategiyasının tərkib hissəsidir.

Tehranağa Abdullayev vurğulayıb ki, son 9 ayda həyata keçirilən bu və bu kimi bir neçə genişmiqyaslı layihələr ilk dəfə təşkil olunur və bu təşəbbüslər təhsil sahəsində keyfiyyətin yüksəldilməsinə mühüm töhfə verir. T.Abdullayev təhsil işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsinin gələcək nəsillərin formalaşmasına, dövlətçilik dəyərlərinin qorunmasına və milli kimliyimizin yaşadılmasına xidmət etdiyini qeyd edib.

Lənkəran Dövlət Universitetinin (LDU) sosial məsələlər üzrə prorektoru, dosent Ramiz Şəmmədov tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. T-Network platformasının rəhbəri Cəfər Mənsimi isə dahi öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikrini xatırladaraq iştirakçıları salamlayıb.

Təcrübəli pedaqoq Belma Tuğrul “Sinifdə gələcək. Gələcəkdə sinif” adlı geniş və interaktiv təqdimatla çıxış edib.

Professor Belma Tuğrulun iştirakı ilə növbəti ustad dərslərinin Gəncə Dövlət Universitetində və Bakı Slavyan Universitetində keçirilməsi nəzərdə tutulur.

1 /5

Şərhlər

Xəbər lenti

16 may, 20:19

Məktəblilərimizin növbəti uğuru: ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:57

Narkomaniya və cinayətkarlıq: Gənclər hüququ öyrənirlər

16 may, 16:53

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:09

Mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

16 may, 15:25

BDU tələbələri narkomaniyanın fəsadları barədə maarifləndirilir

16 may, 15:20

“Kibertəhlükəsizlik və kibergigiyena” üzrə təlim keçirilib

16 may, 15:16

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.