Bütün xəbərlər
11 oktyabr, 12:56

Naxçıvanda ilk dəfə olaraq “Maarifçi” tələbə-məzun təcrübə proqramının icrasına başlanılıb. Uğurlu namizədlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə proqramına qoşulublar.

Təcrübə proqramının iştirakçılar təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər.

Fatimə Rəhimova Naxçıvan Müəllimlər İnstitutunun məzunudur:

"Öncəliklə qeyd edim ki, bu proqramı ilk dəfə olaraq Naxçıvan MR Təhsil Nazirliyinin rəsmi səhifəsində gördüm. Öz-özümə "Niyə də olmasın?" deyərək və ən əsası da özümə güvənərək qeydiyyatdan keçdim. Bu gün mən özümü çox şanslı hiss edirəm. Səbəb isə ölkə üzrə 2741 namizəd arasında uğur qazanan 4 nəfərdən biri olmağımdır. Biz artıq təcrübəmizi Naxçıvan MR Təhsil Nazirliyində həyata keçiririk. Burada səmimiyyətlə qarşılanmağımızın, rəhbərlik tərəfindən söhbət aparılmasının, bizim adaptasiyamızı daha da sürətləndirəcəyinə inanıram. Düşünürəm ki, bu proqram yeni təcrübə əldə etmək üçün  yaxşı fürsətdir. Proqramı uğurla həyata keçirməklə gələcəkdə təhsil islahatlarının birbaşa icraçılarından biri olmaq istəyirəm.

Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsi Rəşad Rüstəmov da proqramın iştirakçısı olduğu üçün sevinclidir.

"İnanıram ki, təcrübəmizi həyata keçirdiyimiz Naxçıvan Muxtar RespublikasıTəhsil Nazirliyində bu sahə üzrə müxtəlif təcrübələrəldə edib, komanda ilə iş bacarığına sahib olacağıq. Bu təcrübə bizim gələcəkdə iş həyatına başlayanda köməyimizə çatan mükəmməl vasitədir".

"Düşünürəm ki, 3 ay müddətində keçirdiyimiz təcrübə növbəti iş həyatımıza böyük fayda verəcək", - deyən magistr Kənan Hüseynəliyev də proqrama qəbul edilənlərdən biridir.

"Mən hər iki mərhələdə uğur qazanmışam. Bizim gələcəyimiz üçün bu proqram böyük təşəbbüsdür. Çox sevindirici haldır ki, Naxçıvanda da belə bir layihəyə başlanılıb. Burdan tələbə həmkarlarımıza səslənirəm ki, hər zaman məqsədə və uğura gedən yola doğru addımlasınlar. Mən də belə etdim və nəticə olaraq bu gün seçilən 4 nəfərdən biriyəm".

"Sahə üzrə biliyim olduğu üçün əmin idim ki, imtahanda uğurlu nəticə əldə edib, seçiləcəyəm". Bu fikirləri bildirən Nurcahan Məmmədova isə qeyd edir ki, ən böyük dəstəkçiləri valideynləridir.

Nurcahan, eyni zamanda, diqqətə çatdırdı ki, təhsil sahəsinin dərinliklərini öyrənib, bu sahə üzrə mütəxəssis olmaq gələcək məqsədləri sırasındadır.

"Üç ay davam edən təcrübə sonrası inanıram ki, istədiyimiz nəticəni əldə edəcəyik. Seçilməyimiz bizi daha çox ruhlandırır və bu işə həvəsləndirir".

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.