Bütün xəbərlər
5 dekabr, 15:38

Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrlə görüş keçirib.

TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki,  Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov universitetdə təhsilin modernləşdirilməsi istiqamətində son illərdə görülən çoxşaxəli işləri qonaqların diqqətinə çatdırıb. Ü.Zeynalov Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığın Mingəçevir Dövlət Universiteti üçün faydalı olacağını bildirib.

Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbir iştirakçılarını strateji hədəfləri, tamamlanma mərhələsində olan digər təşəbbüsləri ilə bağlı məlumatlandırıb. Elnur Nəsibov “IELTS imtahanına təşviq” layihəsinin ali təhsil müəssisələri ilə tərəfdaşlıq, elmi jurnal, nəşr və dərsliklərin hazırlanmasında universitetlərə dəstək və akademik mobillik proqramlarının həyata keçirilməsi üçün əhəmiyyətli komponent olduğunu bildirib. Elnur Nəsibov “TələbəPlus” layihəsi barədə təqdimatla ətraflı çıxış edib, tələbələri Mingəçevir Dövlət Universitetinin hər iki layihəyə qoşulması münasibətilə təbrik edib, onların suallarını cavablandırıb.

Tədbirdə çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Kamran Rəsulov ali təhsil müəssisələrində ingilis dilinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. K. Rəsulov hazırkı dövrdə elm və təhsilin inkişafında xarici dil biliklərinin, xüsusilə ingilis dilinin önəmli olduğunu qeyd edərək sözügedən layihənin ən başlıca məqsədinin məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin bu dili mənimsəməsi, beynəlxalq jurnallarda elmi məqalələrin nəşri üçün əlverişli şəraitin yaradılması olduğunu bildirib.

Görüşün yekununda “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində birgə əməkdaşlıq müqavilələri imzalanıb.

1 /7

Şərhlər

Xəbər lenti

8 iyul, 10:05

Magistraturaya qəbul imtahanında 32 nəfər 90 baldan yuxarı toplayıb

8 iyul, 10:04

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb

8 iyul, 09:53

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

8 iyul, 09:26

“Parla”nın iştirakçıları “Müsahibə bacarıqları” təlimində iştirak ediblər

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının suallarının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.