Bütün xəbərlər
12 fevral, 16:27

Fevralın 12-də “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda ilk respublika konfransı keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, konfransın məqsədi məktəbdənkənar təhsilin əhəmiyyətini vurğulamaq, bu sahədə mövcud və beynəlxalq çağırışları müzakirə etmək, onların həlli yollarını araşdırmaq, yerli təcrübə mübadiləsini təmin etmək və gələcək perspektivləri müəyyənləşdirmək olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışında normativ-hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb:

"Hazırda istifadə etdiyimiz sənədlərin əksəriyyəti 1990-cı illərin əvvəllərində qəbul olunub. Son 20-30 ildə ictimai münasibətlərdə və təhsil sahəsində ciddi dəyişikliklər baş verib. Ümumi və ali təhsil sahəsində yeni normativ sənədlər qəbul edilsə də, məktəbdənkənar təhsil sahəsində bu istiqamətdə ciddi dəyişikliklər aparılmayıb. Bu səbəbdən əsas prioritetimiz məhz bu olmalıdır. Artıq xeyli sayda sənəd hazırlanaraq Elm və Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara təqdim edilib”.

Daha sonra çıxış edən MÜTDA-nın Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova məktəbdənkənar təhsil müəssisələrində işə qəbul qaydaları və çalışanların peşəkar fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hazırlanmış normativ sənədlər barədə məlumat verib.

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə məktəblərdə pilot layihə çərçivəsində idman növləri üzrə məktəbdənkənar fəaliyyətlərin təşkili barədə danışıb. O, həmçinin məşqçi-müəllimlərin işə qəbulu ilə bağlı tətbiq ediləcək yenilikləri açıqlayıb.

Konfrans panel müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

1 /5

Şərhlər

Xəbər lenti

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ

14 iyun, 17:19

Xocalıda ilk dəfə “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Yeni təyin olunan məktəb direktorları kollektivlərə təqdim olunub

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 12:19

Elxan Nəcəfov: Şagirdlərimizin nəticələrində müsbət dinamika müşahidə olunur

14 iyun, 11:15

"Zəkalar" liseyində “Son zəng” tədbiri keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.