
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi 26-27 may 2025-ci il tarixlərində keçiriləcək.
BŞTİ-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, test imtahanında 4 283 nəfərin iştirakı nəzərdə tutulub.
İmtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.
İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 2 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 1 bal olmaqla 10 sual) test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.
Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.
Keçid həddi 35 bal olaraq müəyyən edilib. 35 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər