Bütün xəbərlər
22 may, 14:51

“Uşaqlıqdan içimdə bir hiss vardı, həyata sanki öyrətmək üçün gəlmişəm. Müəllimlik peşəsinə olan sevgim hələ uşaq vaxtından formalaşıb. Yadımdadır ki, uşaq ikən yaşıdlarıma nəsə öyrətməyə çalışırdım. Bu sevgi yaş artdıqca daha da dərinləşdi və 11-ci sinfi bitirəndən sonra müəllim olacağıma qərar verdim”, – deyir Allahverdi Abdullayev. 

Onun üçün müəllimlik sadəcə bir peşə deyil, ömürlük sevgi, bir çağırışdır. Ölkəmizdə ibtidai sinif müəllimlərinin əksəriyyəti qadındır. Amma o, bu stereotipi sındıraraq sübut etdi ki, kişi müəllimlər də qayğı, səbir və sevgi ilə dolu bir sinif mühiti yarada bilərlər.

1990-cı ildə anadan olan Allahverdi müəllim 1996–2007-ci illərdə Lənkəran şəhər 4 nömrəli Humanitar fənlər təmayüllü məktəb-liseydə təhsil alıb. 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bakalavriat səviyyəsi üzrə bitirib, 2015-2017-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura təhsili alıb. 

Müəllimlik fəaliyyətinə 2017-ci ildən başlayıb. İlk illərdə tədris kurslarında çalışan Allahverdi Abdullayev daha sonra ümumtəhsil müəssisələrində ibtidai sinif müəllimi kimi çalışmağa başlayıb. 2023-cü ildən müxtəlif məktəblərdə rus bölməsi üzrə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Hazırda Bakı şəhəri Xətai rayonu 245 nömrəli tam orta məktəbdə tədris aparır.

Fəaliyyətində əsas prinsip uşaqlarla güvənə əsaslanan münasibət qurmaq, valideynlərlə sıx əməkdaşlıq etmək və hər bir şagirdə fərdi yanaşmaqdır. O, müəllim-şagird-valideyn üçbucağını daim aktiv saxlamağa çalışır. Çünki onun fikrincə, uşağın uğuru təkcə müəllimlə deyil, ailə ilə birgə qurulan sağlam münasibətlərdən keçir: “Dərslərimdə interaktiv və oyun əsaslı metodlara üstünlük verirəm. Vizual, eşitmə və kinestetik öyrənmə tiplərinə uyğun müxtəlif üsullarla dərsimi daha maraqlı və effektiv qururam. Rollu oyunlar, qrup işləri, videomaterial və əyani vasitələrlə uşaqlara həm dərsi sevdirməyə, həm də onları öyrətməyə nail oluram. Dərslərimdə şagirdlər özlərini dəyərli hiss edir və onların hər uğurunu birlikdə qeyd edirik. Səbir, sevgi və sistemli yanaşma əsas prinsiplərimdir. Təcrübəmdə inklüziv və evdə təhsil alan uşaqlarla da çalışmışam və onların fərdi ehtiyaclarına uyğun xüsusi metodlar tətbiq etmişəm. Bu yanaşma mənə şagirdlərimin yaddaşında təkcə müəllim kimi yox, həm də bir dost və bələdçi kimi saxlayır”.

“Kiçik mükafatların verilməsi, dərsdaxili oyunların keçirilməsi və uğurların siniflə paylaşılması kimi üsullardan istifadə edirəm”

O hesab edir ki, hər bir uşağa fərdi yanaşmaq müəllimin fəaliyyətində ən vacib prinsiplərdən olmalıdır: “Çünki hər bir şagirdin ehtiyacları və dərsi anlama bacarığı fərqlidir. Mən də məhz bu fərqlilikləri nəzərə alaraq, hər uşağa ən uyğun və effektiv metodla mövzunu izah etməyə çalışıram. Uşaqlarla işləməyi, onların ilk addımlarında yanlarında olmağı və inkişaf prosesini müşahidə etməyi böyük sevgi və zövqlə həyata keçirirəm. Bu peşəyə olan marağım tələbəlik illərimdən başlayaraq daha da dərinləşib. İbtidai sinif şagirdləri nə hələ tam böyükdürlər, nə də çox kiçik. Onlar üçün dərslərin oyunla keçirilməsi həm maraqlı, həm də effektlidir. Bu səbəbdən dərs prosesində daim oyun metodlarından istifadə etməyə çalışıram. Hər şagirdin fərqli ehtiyaclarını nəzərə alaraq, onların motivasiyasını artırmaq üçün kiçik mükafatların verilməsi, dərsdaxili oyunların keçirilməsi və uğurların siniflə paylaşılması kimi üsullardan istifadə edirəm. Əsas məqsədim şagirdlərin özlərini dəyərli hiss etmələrinə və dərsə maraqlarının artmasına nail olmaqdır”.

“Uşaqların dərsdən sonra mənə sirr açmaları, məni axtarmaları mənim üçün ən böyük uğurdur”

Allahverdi Abdullayev qeyd edib ki, təcrübəsində uyğunlaşma problemi yaşayan bir şagirdlə işləməyi onun yaddaqalan nümunələrindən biri olub: “Ailə ilə əməkdaşlıq edərək ona xüsusi yanaşma göstərdim və zamanla şagirdin sinfə tam uyğunlaşmasına nail olduq. Çox sevinirəm ki, çalışdığım hər bir məktəbdə şagirdlərin etimadını, valideynlərin isə güvənini qazana bilmişəm. Hazırda bu məktəbdə müqavilə əsasında fəaliyyət göstərirəm və pedaqoji fəaliyyətimi gələcəkdə də məhz bu məktəbdə davam etdirməyi planlaşdırıram. Bəzi hisslər var ki, əvəzolunmazdır. Uşaqların hər səhər gülümsəyərək sinfə girməsi, sirlərini mənimlə paylaşması, dərsdən sonra məni axtarması mənim üçün ən böyük uğurdur”.

“Sevindirici haldır ki, ataları da məktəbə cəlb edə bilmişəm”

Allahverdi Abdullayev valideynlərlə sıx əməkdaşlıq etdiyini, ataların məktəbə cəlb olunduğunu xüsusi olaraq vurğulayıb: “Analarla yanaşı, atalar da məktəbin sosial həyatında aktiv iştirak edirlər. Vaxtaşırı valideynlərin də iştirakı ilə intellektual oyunlar keçiririk. Atalar böyük maraqla sinif tədbirlərində iştirak edirlər. Maraqlı debatlarımız olur. Problemlərimiz də olanda birgə həll yolu tapırıq. Valideynlərlə daha operativ işləmək, şagirdlərin nailiyyətləri, problemləri barədə məlumat vermək üçün “Whatsapp” qrupumuz da var. Və bu qrupda uşaqların həm ataları, həm də anaları müzakirələrə qoşulurlar. Şagirdin təhsil həyatında ata və anaların birgə iştirakçılığını təmin etməyimiz həm də ailə bağlarının möhkəmlənməsinə zəmin yaradır”.

1 /3

Şərhlər

Xəbər lenti

22 may, 18:17

Ağsu məktəblisi ölkə çempionu oldu 

22 may, 18:10

“Sən də bacararsan!” – Liderlik qabiliyyətini sübut edən 10 qalib

22 may, 18:01

Şahin Bayramov “Sabahın alimləri” və RFO-nun qalibləri ilə görüşüb

22 may, 17:56

ADNSU-da “Liderlik nədir? - müasir baxış” mövzusunda təlim keçirilib

22 may, 17:47

“Kreativ düşüncə tərzini necə formalaşdırmalı?” mövzusunda infosessiya keçirilib

22 may, 17:44

ADMİU H-indeks göstəricilərində üç pillə irəliləyib

22 may, 17:39

Məcburi köçkünlər peşə təhsili təlimlərinə təşviq edilirlər

22 may, 17:38

İkili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-də olublar

22 may, 17:10

AzMİU və “Prosol” şirkəti kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayacaq 

22 may, 16:50

Lənkəranda əmək yarmarkası keçiriləcək

22 may, 16:45

“Son zəng” ölkələrdə necə keçirilir? - Dünya təcrübəsi

22 may, 15:50

BMU-da “CareerFest BEU 2025” karyera festivalı keçirilib

22 may, 15:32

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə dəstək mərkəzləri yaradılıb

22 may, 15:15

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə daha bir müraciət

22 may, 15:00

Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

22 may, 14:50

Erkən nikah hallarının qarşısının alınması ilə bağlı tədbir keçirilib

22 may, 14:32

Deputat: Gələcək nəsillərə sağlam dəyərlərin ötürülməsi üçün səylərimizi artırmalıyıq

22 may, 14:13

Bu il işğaldan azad edilmiş bölgələrdə 51 abituriyent qəbul imtahanı verəcək

22 may, 14:04

Mayın 25-də 54 mindən çox abituriyent qəbul imtahanı verəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.