
Elm və Təhsil Nazirliyinin tabeliyində olan Uşaqların Müdafiəsi İdarəsi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə əməkdaşlığı ilə “Ümumi təhsil müəssisələrində təhsilalanların hüquqlarının müdafiəsinin təşkili üzrə mütəxəssislərin təkmilləşdirilməsi” təlimləri yekunlaşıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, 6-9 oktyabrı əhatə edən təlimlərdə Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsilalanların hüquqlarının müdafiəsinin təşkili üzrə mütəxəssislər iştirak ediblər.
Təlimin əsas məqsədi təhsilalanların hüquqlarının müdafiəsinin təşkili üzrə mütəxəssisləri vəzifə öhdəliklərinə uyğun olaraq uşaq hüquqlarının fərqli xüsusiyyətləri və şəxsiyyətlərarası ziddiyətlərin aradan qaldırılması yolları, təhsil müəssisələrində uşaq hüquqlarının müdafiəsi problemləri, uşaqların sosial müdafiəsi, müasir cəmiyyətin problemləri və onların uşaqlara təsiri, təhsil müssisələrində baş verən bullinq və kiberbullinq hallarında erkən müdaxilə üsulları və s. kimi mövzularda maarifləndirmək olub.
Təlim zamanı iştirakçılar Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq ümumi təhsil müəssisələrində uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının vəzifələrini müəyyənləşdirib, fərdi və qrup işləri üzərində çalışıb, situasiya tipli tapşırıqlarla təqdim olunan problemlərin real həlli yolları barəsində müzakirələr aparıb, ekoloji savadlılıq mövzusunda layihə və təkliflər hazırlayıblar.
Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində təhsilalanların hüquqlarının müdafiəsinin təşkili üzrə mütəxəssislərin təkmilləşdirilməsi” təlimlərinin digər regionlarda da keçirilməsi planlaşdırılır.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər