Bütün xəbərlər
31 yanvar, 11:36

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (ARTİ MDM) tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində metodistlər üçün silsilə vebinarlar davam edir. 30 yanvar tarixində baş tutan vebinar “Formativ qiymətləndirmə” mövzusuna həsr olunub.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, vebinarın əsas məqsədi ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin formativ qiymətləndirmənin tədris prosesində təkmilləşdirilməsi istiqamətində bilik və bacarıqlarını inkişaf etdirmək olub. Vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Regional Təhsil idarələrinin (RTİ) tabeliyində fəaliyyət göstərən metodistlər, həmçinin ARTİ MDM-in əməkdaşları iştirak ediblər. 

Müzakirə olunan əsas mövzular formativ qiymətləndirmənin mahiyyəti və əsas prinsipləri, müəllim və şagirdlər üçün faydaları, dərs prosesində tətbiq edilən effektiv tətbiq üsulları, şagirdlərə davamlı və konstruktiv rəyvermə və onların inkişafına təsiri, formativ qiymətləndirmədə rəqəmsal alətlərin rolu istiqamətlərini əhatə edib. Eləcə də proses zamanı qiymətləndirmənin şagird nailiyyətinə təsiri, fərdi yanaşmaların tətbiqi və formativ qiymətləndirmənin summativ qiymətləndirmə ilə əlaqəsi təhlil olunub.

Müzakirə zamanı spiker formativ qiymətləndirmə vasitələrinin hazırlanması zamanı ədalətli və obyektiv qiymətləndirmə metodlarının tətbiqinin vacibliyini, şagirdlərin inkişafını dəstəkləyən sualların tərtib edilməsinin öyrənmə prosesinə təsirini vurğulanıb. İştirakçılar formativ qiymətləndirmənin tətbiqi zamanı qarşılaşdıqları çətinliklər və bu problemlərin həlli yolları barədə fikir mübadiləsi aparıblar. Vebinarın sonunda mövzu ilə əlaqədar metodistlərə tövsiyələr təqdim edilib.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən bu kimi tədbirlər metodistlərin peşəkar inkişafına töhfə verməklə yanaşı, ümumi təhsil müəssisələrində tədris keyfiyyətinin yüksəldilməsinə dəstək olmağı hədəfləyir. Metodistlərin və müəllimlərin metodiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda vebinarların davam etdirilməsi nəzərdə tutulub.

Şərhlər

Xəbər lenti

14 mart, 10:45

Universitetlərə qəbulun ikinci mərhələsi üçün sınaq imtahanı keçiriləcək

14 mart, 10:36

Kornel metodu öyrənməyi öyrədir

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbulu üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.