Bütün xəbərlər
7 fevral, 14:48

“Bəzən müəllimlər uşaqların müəyyən çatışmazlıqlarını tez-tez dilə gətirirlər. “Çətin sinif”, “oxumayan şagird” ifadələri onların ünvanlarına söylənilir, bu da damğalanmaya gətirib çıxardır. Şagirdlər bu münasibətləri gördükdə, sinif, məktəb yoldaşlarının simalarından bunu sezdikdə çox təsirlənirlər. Onlarda iradi keyfiyyətlər o qədər də güclü olmadığı üçün belə münasibətdən depressiyaya tez düşürlər”. 

Bunu “Azərbaycan müəllimi”nə Azərbaycan Dövlət Pedaqoji Universitetin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova deyib.

O bildirib ki, müəllimlər uşaqların xarakterik xüsusiyyətlərini nəzərə almalı, şagirdləri kollektiv qarşısında nüfuzdan salmamalı və onun haqqında xoşagəlməz fikir formalaşdırmamalıdırlar: 

“Müəllim-şagird-valideyn münasibətlərinin daha da inkişaf etdirilməsi üçün üz-üzə görüşlər, valideyn iclasları, məktəb tədbirləri təşkil olunur, elektron ünsiyyət formasından istifadə edilir. Qarşılıqlı münasibətləri qurarkən məxfilik də qorunmalıdır. Şagirdlərin problemləri onların qarşısında müzakirə edilməməlidir. Müzakirələr açıq-aşkar formada keçirilərsə, uşaqlar cəmiyyətdən tədric olunmağa başlayar, özünə qapanarlar. N.Qoqolun belə bir deyimi var: “Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir”. Əlbəttə, bunların hər birində şagirdlərə düzgün yol göstərən, seçimlərinə yardım edən müəllimin rolu böyükdür. 

Bir valideyn kimi deyə bilərəm ki, qızım X sinifdə oxuyarkən biologiya müəllimi onu “Sabahın alimləri” müsabiqəsində iştiraka həvəsləndirib. Qızım həm o müsabiqədə, həm də bundan sonra iştirak etdiyi digər yarışlarda nailiyyətlər əldə etdi. Demək, bir valideyn kimi  onun hansı bacarıqlarının olduğunu bilməmişəm. Ancaq müəllim onu görür və bunu vurğulamağı gözəl nəticəyə gətirib çıxarır. Ona görə də müəllimlərin təşəbbüskarlığının vacib olduğunu hər dəfə diqqətə çatdırıram. Bu da, təbii ki, düzgün müşahidədən qaynaqlanır”. 

G.Eminovanın sözlərinə görə, valideynlərin öhdəliklərindən ən əsası övladında baş verən, uşağın təhsilinə mənfi təsir göstərə bilən dəyişikliklər barədə müəllimə məlumat verməkdir. Münasibətlərdə yalnız müəllim təşəbbüs göstərməməlidir. Valideyn də övladının gələcəyi üçün müəllimlərlə sıx əməkdaşlıq etməlidir. Müəllim və valideynin fikirləri üst-üstə düşməlidir”. 

Ekspert vurğulayıb ki, sinifdə şagirdlərin davranış qaydalarına riayət etməməsi, müəllimin sinfi düzgün idarə etməməsi  şagirdlər arasında müəyyən insidentlərin baş verməsinə səbəb olur: 

“Müəllim sinifdəki uşaqların müxtəlif ailələrdən gəldiyini diqqətdə saxlamalıdır. Sinifin idarəolunması ilə bağlı bir çox nəzəriyyələr var. Müəllimlər bundan xəbərdar olmalı, davranış qaydalarını şagirdlərin diqqətinə çatdırmalıdırlar. Müəllim sinifdəki nizam-intizamı qorumaq üçün şagirdlər arasında hansı hallarda qarşıdurmaların ola biləcəyini təxmin edərək onların qarşısını əvvəlcədən almağa çalışmalı, tərbiyə məsələlərinə ciddi yanaşmalı, münaqişələri həlletmə bacarıqlarını öyrənməlidir. Məktəb rəhbərləri çalışmalıdırlar ki, nizam-intizama ciddi şəkildə nəzarət etsinlər. Xüsusilə kamera sistemləri qoyulan, “Məktəblinin dostu” layihəsi olan məktəblərdə nəzarət daha güclü olur. Uşaqlar müşahidə olunur, diqqətdə saxlanılır. Məktəblərdə baş verən münaqişələri aradan qaldırmaq üçün posterlər hazırlanmalı, münasib yerlərdə məlumatlandırıcı lövhələr, şəkillər qoyulmalıdır. Valideynin dəstəyi ilə məktəbdə psixoloji dəstək xidmətləri yaradılmalı, qarşılıqlı əlaqələr inkişaf etməlidirlər. 

Müəllim şagirdlər arasında ünsiyyət problemlərini müəyyən tapşırıqlar verərək aradan qaldırmalıdır. Müəllim şagirdləri rəğbətləndirdikcə şagirdlərin bir-birinə inamı, sevgisi yaranır. Bu zaman bütün növ konfliktlər aradan qalxmağa başlayır. Qruplar vasitəsilə qarşılıqlı əlaqələrin qurulmasının çox yaxşı təsirləri var. Buna görə optimal yollar tapılmalıdır. Münaqişə yaratmağa cəhd edən şagirdi tərbiyəedici stiuasiyalara salmaq lazımdır. 

Bilirik ki, inklüziv cəmiyyətin formalaşmasında dəyərlərin rolu böyükdür. Sevgi, inam, hörmət, hüquqlara əsaslanma, müdriklik kimi xüsusiyyətlər şagirdlərə aşılanmalıdır. İradi keyfiyyətlərin üzə çıxması üçün şagirdləri müəyyən tədbirlərə cəlb etmək lazımdır. Müəllimlər bununla da qarşıya qoyduqları məqsədlərə nail ola bilərlər”.

O əlavə olaraq qeyd edib ki, təhsilimizin məqsədi uşaqları, gənc nəsli gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, dövlətinə, millətinə, ənənələrinə sadiq, xalqına layiqli vətəndaş olsun. Valideynin öhdəliyi təkcə uşağını qidalandırmaq, onun qayğısına qalmaq deyil. Valideyn uşağının davranışını, şəxsi gigiyenasından tutmuş orqanizmində yaşına uyğun hansı dəyişikliklərin baş verdiyini bilməli, övladını yaxşı tanımalıdır: 

"Nəsrəddin Tusinin belə bir fikri var: “Valideynin övladına qarşı məhəbbəti təbii, övladın valideynə qarşı məhəbbəti, münasibəti iradi olur”. 

Bu iradi keyfiyyətlər həm ailədə, həm məktəbdə formalaşır. Müəllimlərin məktəbdə keçirdiyi tədbirlər əxlaqi, iradi keyfiyyətlərin formalaşmasına səbəb verir. Tələbələrimizi təcrübəyə apararkən bir çox məktəblərdə oluruq. Təcrübə müddətində müşahidə edirəm ki, valideynlər uşaqlarının maraqlarını müəllimlərin diqqətinə çatdırır, onların daha yaxşı təhsilə cəlbi üçün təşəbbüs göstərirlər. Hər bir tədris prosesində müəllim elə etməlidir ki, ötürdüyü bilik uşağa müvafiq olsun, bu, şagirdin bir şəxsiyyət kimi formalaşmasına yardım etsin. Müəllim bu zaman tədris prosesini şagirdin bacarıqlarına, maraqlarına uyğun qurur. Bəs bu onlara nə verir? 

Elə üsul şagirdin fənnə marağını artırır. Şagird birinci müəllimini, sonra fənnini sevir. Müəllim özünü şagirdlərə sevdirməklə fənnini də sevdirmiş olur. Pedaqoji prosesdə müəllimin ünsiyyəti avtoritar olmamalıdır. Valideyn övladında gedən prosesləri doğru şəkildə müəllimlərinə çatdırmalıdır. Eyni zamanda, müəllimlər də şagirdləri müşahidə etməli, fərqli gördüklərini valideynə deməlidirlər. 

Müəllim empatiya hissini güclü qurmalıdır. Elə fərdi tapşırıqlar verməlidir ki, bu zaman şagirdlərin fəaliyyətləri, fikirləri, müstəqillikləri ortaya çıxsın. Şəxsiyyətin formalaşmasında irsiyyət, mühit və tərbiyə amilləri rol oynayır. Fəaliyyət zamanı şagirdlərin əmək, idrakı və yaradıcı fəaliyyətləri üzə çıxır. Müəllim bundan çıxış edərək şagirdləri yönləndirməlidir. Müəllim-şagird münasibətlərində qarşılıqlı hörmət, əməkdaşlıq münasibətlərin tolerantlıq üzərində qurulmasını çox böyük şərait yaradır”.

Şərhlər

Xəbər lenti

22 iyul, 09:17

AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib

22 iyul, 08:45

“Əkinçi” işığından nur alan pedaqoji mətbuatımız

21 iyul, 20:04

Müəllimlərin işə qəbulu imtahanının nəticələri açıqlandı

21 iyul, 18:50

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru "Əməkdar jurnalist" fəxri adına layiq görülüb

21 iyul, 17:57

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM

21 iyul, 16:11

Aşpazlığa gedən yol videoçarxdan başladı – Peşə təhsili Orxanın həyatını necə dəyişdi?

21 iyul, 15:54

“Buradan getmək istəmirik” – Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili

21 iyul, 15:30

Mədəni soyqırımının sənədləşdirilməsi: Qərbi Azərbaycan irsinə tarixi baxış

21 iyul, 15:16

BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək

21 iyul, 15:07

Məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də yaradılacaq 

21 iyul, 14:57

ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir

21 iyul, 14:37

MDU-nun tələbələri üçün yeni təqaüd təsis edilib

21 iyul, 14:11

Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 iyul, 12:53

"İlin Gənc Müəllimi-2024" sorğu-müsabiqəsi BAŞLADI 

21 iyul, 12:47

Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinq keçirilib

21 iyul, 12:46

Sabahın hava proqnozu açıqlanıb

21 iyul, 11:58

Dövlət Agentliyinin direktoru: Yeni peşə təhsili müəssisələri tikilir

21 iyul, 11:47

Türkiyə ilə birgə peşə məktəbləri yaradılacaq

21 iyul, 11:45

Ceyhun Kərəmov: “Böyük Qayıdış” çərçivəsində 711 nəfər məzun olub

21 iyul, 11:41

Peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatı hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.