Bütün xəbərlər
26 fevral, 15:10

Həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımızı şərəflə dalğalandıran Kərəm Veyisov xalqımızın yaddaşında əbədi yaşayacaq. 11 yaşından kikboksinqlə məşğul olan qəhrəman şəhidimiz hələ həyatda ikən qazandığı uğurları ilə fərqlənməyi bacarmışdı. Dəfələrlə kikboksinq üzrə Azərbaycan birincisi, üçqat dünya çempionu adına layiq görülən Kərəm özü bu gün həyatda olmasa da, arzuları gerçəyə dönür. Arzularından biri “General Polad Həşimov” adına kikboksinq yarışı təşkil etmək idi.

Ötən ay şimal bölgəsi bu möhtəşəm hadisəyə şahidlik edib. Yanvarın 25-də şəhid Kərəm Veyisovun arzusu ilə Quba Olimpiya Kompleksində təşkil edilən yarışın keçirilməsi təşəbbüsü Xaçmaz rayonunun Füzuli Yarməmmədov adına Gülalan kənd tam orta məktəbinin biologiya müəllimi Arzu Nəsibovadan gəlib. Bu müəllimin təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə təqdim etdiyi “Şəhid arzusunun izi ilə” qalib layihələrdən biri olub. 

“Azərbaycan müəllimi” bu tədqirəlayiq təşəbbüsün təşkilatçısı olan Arzu müəllimlə yaxından tanış olub, layihə haqqında ətraflı məlumat əldə edib.
1986-ci ildə Xaçmazda doğulan və burada da orta təhsilini alan Arzu Nəsibova hələ IX sinifdə oxuyarkən məktəb kollektivinin səsverməsi, Təhsil Nazirliyinin verdiyi qərar əsasında “İlin ən yaxşı şagirdi” seçilib. Rayonun ictimai işlərində fəal iştirak edib, çoxsaylı müsabiqələrdə uğur qazanıb. X sinifdə təhsil alarkən Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən akademik Həsən Əliyev adına təqaüdə layiq görülüb. 

“Dua edirdim ki, şəhid anasına verdiyim sözü yerinə yetirə bilim”

Şəhidin arzusunun reallaşmasından danışan Arzu Nəsibova qeyd edir ki, şagirdləri ilə Kərəm Veysovun ev muzeyində olarkən şəhid anasının sözləri onu çox təsirləndirib: “O, orada bizə oğlunun Polad Həşimovun xatirəsinə həsr olunan kikboksinq yarışı keçirmək istədiyini dedi. Həmin an özümə söz verdim ki, bu arzunu həyata keçirəcəyəm. O gündən işə başladım və VIII qrant musabiqəsinə qoşulmaq qərarına gəldim. Müsabiqəyə “Şəhid arzusunun izi ilə” adlı layihəmi təqdim etdim və ancaq dua edirdim ki, şəhid anasına verdiyim sözü yerinə yetirə bilim. Çox şükür, belə də oldu. Layihəm qrant qazandı və regionda əks-səda yaratdı”. 

Həmsöhbətimizin sözlərinə görə, layihə 3 aylıq olub: “Birinci ay işçi heyətin toplanması, regionda olan idman məktəbləri, məşqçi və idmançılarla görüşün təşkil olunması, məşq edəcək idmançıların müəyyən edilməsi nəzərdə tutulmuşdu. Layihədə 35-40 idmançı şagirdin iştirakı planlaşdırılsa da, müraciət edənlərin sayı 70-ə yaxın idi. Təlim məşqlərinə çox şagird cəlb olundu, lakin yarışda 35 şagird iştirak etdi. 26 yanvar 2025-ci il tarixində Quba Olimpiya Kompleksində “General Polad Həşimov” adına  kikboksinq üzrə yarış baş tutdu. Yarıda Şabran, Quba, Qusar və Xaçmaz məktəbliləri güclərini sınadılar. Təlimlər Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllimi, beynəlxalq dərəcəli məşqçi Telman Məhərrəmov tərəfindən keçirildi. Yarışda şəhid general Polad Həşimovun qardaşı İlham Həşimov, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev, Azərbaycan Kikboksinq Federasiyasının baş katibi İlkin Məsimzadə, şəhid Kərəm Veyisovun ailəsi ilə yanaşı, bir çox şəhid ailələri və qazilər də iştirak edirdi. Yarışda 3 nəfər birinci, 3 nəfər ikinci, 6 nəfər də üçüncü yerə layiq görüldü. Layihə xüsusilə ona görə möhtəşəmdir ki, burada iki şəhidin timsalında bütün şəhidlərin xatirəsinə böyük ehtiram hiss olunur”. 

“İlk zala girəndə elə bil Kərəmin baxışlarını görürdüm”

Arzu Nəsibovanın təşəbbüsünün doğurduğu təəssüratları öyrənmək məqsədilə şəhid Kərəm Veyisovun anası Nərgiz Veyisova ilə həmsöhbət olduq. Əvvəlcə oğlu haqqında danışan ana bildirir ki, uşaq yaşlarından kikboksinqlə məşğul olan Kərəm həyatının ən önəmli hissəsini idmana həsr edib: “Kərəm Vətənə, torpağına, bayrağına, elinə, obasına bağlı idi. 7-ci sinifdə oxuyanda özünə bayraqdan köynək tikdirdi. Xarici ölkələrdə keçirilən yarışlarda Azərbaycanın himnini səsləndirirdi, bayrağımızı yüksəldirdi. Tribunaya əvvəl bayraqdan hazırlanan köynəyi ilə qalxırdı ki, Azərbaycanımız hər yerdə tanınsın, bayrağımız ucalarda olsun. Həmin köynəyi indi Kərəmin ev muzeyinə qoymuşam. Onu itirmək nə qədər ağır da olsa, Kərəm kimi oğulun anası olmağımla fəxr edirəm”.

Nərgiz xanım bildirir ki, Kərəm hərbi xidmətdən qayıtdıqdan sonra idman sahəsində fəaliyyətini davam etdirərək yetirmələrini hazırlayıb: “Həmişə deyirəm ki, ömrü uzun olmasa da, oğlum çox mənalı yaşadı. Kərəm 2020-ci ilin yanvarında hakimlik dərəcəsi aldıqdan sonra ilk böyük yarışını 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdi. Ona dedim ki, bəlkə ilk yarışını dövlətimizin hər hansı xoş gününə həsr edəsən. Cavab verdi ki, şəhidlərimizin xatirəsi mənə bütün günlərdən əzizdir! 2-3 gün davam edən yarışa Azərbaycanın hər bir regionundan idmançı gəldi. Sevincinin hədd-hüdudu yox idi. “Bu yaşımda Xaçmazda belə bir yarış keçirdim”, - deyə çox sevinirdi. General Polad Həşimov şəhid olanda cəbhə bölgəsinə getmək üçün adını bizdən xəbərsiz könüllü kimi yazdırmışdı. Çox arzu edirdi ki, pandemiya bitdikdən, idman zalları açıldıqdan sonra şəhid generalımızın adına kikboksinq üzrə böyük yarış təşkil etsin. Vətən müharibəsi başlayanda artıq özünü döyüşə hazır hiss edirdi. Oktyabrın 1-də onu döyüşə yola saldıq. Həmin gün könüllülər yola düşürdü. Xaçmazdan olan 58 könüllü arasında ancaq Kərəm şəhid oldu. Kərəm Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib: Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib. Noyabrın 6-da Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub”.  

“Bunu 3000 şəhidimizin arzusunu yerinə yetirmiş kimi qəbul edirəm”
Oğlunun arzusunun həyata keçirilməsindən böyük qürur hissi keçirən şəhid anası deyir: “Arzu Nəsibova şagirdləri ilə Kərəmin ev muzeyini ziyarətə gələndə söhbət əsnasında dedim ki, oğlumun belə arzusu var idi. Arzu müəllimə həmin vaxt mənə heç nə demədi. Mənə zəng vurub “Ana, Kərəmin arzusunu yerinə yetirirəm!” deyəndə elə bildim ki, Kərəm özü o yarışı keçirir. Mən ailəmiz adından Arzu müəllimə, yarışın baş tutmasında xidməti olan hər kəsə təşəkkürümü bildirirəm. Yarış Quba rayonunun Olimpiya Kompleksində keçirilirdi. İlk zala girəndə elə bil Kərəmin baxışlarını görürdüm. Hiss edirdim ki, o bizim yanımızdadır. Elə bilirdim ki, oğlum hər bir idmançının hərəkətini izləyir. Mən bu yarışı tək Kərəmin arzusu deyil, 3000 şəhidimizin arzusunu yerinə yetirmiş kimi qəbul edirəm”. 

1 /9

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.