Bütün xəbərlər
30 oktyabr, 17:43

Naxçıvan Müəllimlər İnstitutu (NMİ) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni NMİ-nin rektoru Azad Novruzov və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıb.

“Azərbaycan müəllimi”nin Naxçıvan bürosu xəbər verir ki, imzalanma mərasimində NMİ, TİF, Kapital Bankın əməkdaşları, təhsilin müxtəlif pillələrindən tələbələr və media nümayəndələri iştirak edib. Açılış nitqi ilə çıxış edən rektor Azad Novruzov ölkəmizdə aparılan təhsil siyasəti haqqında danışıb. 

O, bildirib ki, inkişaf etmiş ölkələrdə istifadə olunan bu təcrübənin birgə layihə əsasında ölkəmizdə, eyni zamanda Naxçıvan Müəllimlər İnstitutunda tətbiqi təqdirəlayiq addımdır və bu imzalanan əməkdaşlıq müqaviləsi gənclər üçün daha geniş imkanlara hədəflənib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas missiyalarından, təhsilin bütün pillələrinə şamil olunan “TələbəPlus” layihəsinin məqsədlərindən, layihə çərçivəsində görülən işlərdən, tələbələr üçün mövcud güzəştlərdən danışıb. 

Sədr qeyd edib ki, kart vasitəsilə tələbələr layihə tərəfdaşlarının təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq. Həmçinin yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır.

Görüşün sonunda Təhsilin İnkişafı Fondunun fəaliyyətinə və həyata keçirdiyi layihələrin təqdimatına həsr edilmiş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, “TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Universitetə giriş-çıxışı təmin etməklə yanaşı, kart həm debet bank kartı, həm də tələbələrin təqaüd kartı kimi istifadə olunacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə yerinə yetirə biləcəklər. 

Həmçinin tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə “BirBank” mobil tətbiqində “TələbəPlus” bölməsi yaradılacaq ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq. 

Şərhlər

Xəbər lenti

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.