Bütün xəbərlər
11 fevral, 09:46

Qarabağ Universitetində payız semestrinin ilk imtahan sessiyası uğurla yekunlaşıb. 

“Azərbaycan müəllimi” universitetin İctimaiyyətlə əlaqələr sektoruna istinadən tələbələrin imtahan prosesi ilə bağlı fikirlərini təqdim edir.

Humanitar və sosial elmlər fakültəsinin tələbəsi İlknur Qasımov

“İlk imtahan sessiyası olduqca maraqlı keçdi. İmtahan suallarında müəyyən çətinliklər var idi, lakin yaxşı hazırlaşdıqda suallara cavab vermək olurdu. Bundan əlavə, fənlər üzrə sualların aydın və məntiqli olmasından razı qaldım. Bəzi fənlər üzrə test üsulundan istifadə edilir, bəzilərində isə açıq tipli suallar var idi.

İmtahanlarda həyəcanlı idim, xüsusilə də ilk imtahanlarda bu, daha çox hiss edilirdi. Amma imtahana yaxşı hazırlaşaraq dərs materiallarını vaxtında oxuyanda bu həyəcan azalmağa başlayır. Çətin suallara rast gəldikdə belə təmkinli olmaq və məntiqli düşünmək situasiyadan çıxmağa kömək edirdi. Müəllimlərimiz də öz növbəsində əlavə izah saatları təşkil edərək bizi imtahana hazırlayırdılar. Onların mənəvi dəstəyi imtahana hazırlıq prosesini xeyli asanlaşdırdı. Bunun üçün bütün müəllimlərimizə təşəkkür edirik”.

Pedaqoji fakültənin tələbəsi Nərmin Məhərrəmzadə: “Qarabağ Universitetində keçirilən ilk semestr imtahanlarının təşkilində müasir qiymətləndirmə metodlarından istifadə olunması diqqətçəkən məqamlardandır. Yazılı, test, şifahi və praktik imtahanlarla bilik və bacarıqlarımız müxtəlif aspektlərdən yoxlanıldı.

Bəzi fənlər üzrə təqdimat və layihə şəklində keçirilən imtahanlar yaradıcılığımızı və tənqidi düşünmə bacarıqlarımızı nümayiş etdirməyimizə şərait yaratdı. Zənnimcə, imtahan prosesi şəffaf və ədalətli keçdi. Müəllimlər hər imtahan öncəsi stresdən çıxmağımız üçün məsləhətlər verirdilər. Düşünürəm ki, növbəti semestrlərdə də uğurlarımızı davam etdirəcəyik”.

Turizm fakültəsinin tələbəsi Murad Zərbəliyev:

“İmtahanlar həm maraqlı, həm də həyəcanlı keçdi. Ən çox tərəddüd içərisində olduğum tarix fənnindən də yüksək nəticə əldə etdim. Müəllimlərimiz proses müddətində biz çox dəstək oldular və əlavə təkrar dərslər keçdilər. Təkrar dərslər stresimizin azalmasına, motivasiyamızın daha da artmasına şərait yaratdı.

Bundan əlavə, praktik ingilis dilində həm şifahi, həm də yazılı imtahanlar keçirildi. Digər fənnlərdə açıq və qapalı suallar yer alırdı. Qeyd edim ki, imtahanlardan əvvəl tələbələrin motivasiyasının artırılması məqsədilə rektorumuz Şahin Bayramovla görüş oldu. Bu görüşdə Şahin müəllim bizi imtahan prosesi barədə məlumatlandırdı, suallarımızı şəxsən özü cavablandırdı, təkliflərimizi dinlədi və imtahanla bağlı tövsiyələr verdi”.

Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Lalə Məmmədova:

“Sessiya müddətində ən xoşuma gələn məqamlardan biri sualların müxtəlif formatda tərtib olunması idi. Belə ki, bəzi fənlər üzrə daha çox qapalı tipli suallar yer alırdı, digərlərində isə açıq tipli cavab tələb edən tapşırıqlar üstünlük təşkil edirdi. Şəxsən mən açıq tipli suallara daha çox üstünlük verirəm, çünki bu cür suallar təkcə yaddaşı yox, həm də analitik düşüncəni ortaya çıxarır və mövzuya yaradıcı yanaşma tələb edir. 

Bu çətin, lakin öyrədici prosesdə müəllimlərimizin rolu danılmaz idi. Onlar bizə yalnız dərs saatlarında deyil, əlavə vaxt ayıraraq da dəstək olurdular. İmtahanlarla bağlı suallarımızı cavablandırmaq üçün müzakirə saatları təşkil edir, biliklərimizi möhkəmləndirmək üçün əlavə mənbələr təqdim edirdilər. Bu mənada həm müəllimlərimin dəstəyi, həm də öz səylərim sayəsində ilk imtahan sessiyasını uğurla yekunlaşdırdığımı düşünürəm”.

Şərhlər

Xəbər lenti

3 iyun, 20:25

BANM rektoru DAAD Regional Tbilisi ofisinin rəhbəri ilə görüşüb

3 iyun, 16:55

Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? - ARAŞDIRMA

3 iyun, 16:46

AzMİU tələbələri III Respublika Olimpiadasında uğurla təmsil olunublar

3 iyun, 16:42

Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub

3 iyun, 16:34

Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub

3 iyun, 16:24

Şagirdlərimizə öz davranışlarımızla nümunə olmalıyıq – 46 ilin müəllimi

3 iyun, 16:01

MÜTDA-dan attestatların verilməsi ilə bağlı ÇAĞIRIŞ

3 iyun, 15:49

ADPU-nun Şamaxı filialında “Məzun Günü” keçirilib

3 iyun, 15:39

Məktəbli qız voleybolçular Vətənə qayıdıblar

3 iyun, 15:00

Onlar tətildə də dərslərin keçirilməsini istəyirlər – REPORTAJ

3 iyun, 14:53

Bu il 116 mindən çox şagird XI sinfi bitirir

3 iyun, 14:38

BMU tələbələri beynəlxalq çempionatda uğur qazanıblar

3 iyun, 14:34

Ali məktəbə qəbul olan kənd rayonları abituriyentlərinin sayı artıb

3 iyun, 14:21

BANM-də Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş olub

3 iyun, 14:06

ADNSU-nun təşkilatçılığı beynəlxalq konfrans keçirilir

3 iyun, 14:00

İctimai Şuranın üzvləri ilə məktəb direktorları arasında görüş keçirilib

3 iyun, 14:00

Gənclər niyə elmdən uzaqlaşır? – gənc tədqiqatçı rəyi

3 iyun, 13:51

Elektron olan hər vasitə faydalı deyil

3 iyun, 13:35

Təbii fəlakət zamanı dəyən ziyan hesablanan məbləğdən dəfələrlə çox ola bilər – AÇIQLAMA

3 iyun, 13:17

NDU tələbəsi beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.