Bütün xəbərlər
8 avqust, 09:24

6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır:

"Son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş  və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artıb, təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilib.

Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınıb. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılıb.

Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcək".

Şərhlər

Xəbər lenti

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə dair strateji plan yenilənib 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.