Bütün xəbərlər
21 oktyabr, 16:12

Enterprise Azerbaijan portalının "Startup School 2" layihəsinin finalçılarından biri- Naxçıvan Dövlət Universitetinin "AgroChat" komandası regionun ən böyük innovasiya sammitində iştirak hüququ qazanıb. 

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib. Bildirilib ki, Azərbaycanda 4-cü dəfə Paşa Holding tərəfindən keçirilən INMerge İnnovasiya Sammitində Naxçıvan Dövlət Universitetinin, Memarlıq və mühəndislik fakültəsinin, “İnformasiya texnologiyaları” ixtisasının IV kurs  tələbəsi Şəhriyar Quliyev Enterprise Azərbaycanın nəzdində NDU-nun komandası kimi "AgroChat" startapı ilə uğurla iştirak edib.  

Tədbirdə Şəhriyar Quliyev dünyanın ən nəhəng şirkəti Amazonun vitse-prezidenti Werner Vogels, “Youtube”un qurucusu Steve Chen, Harvard Universitetinin professoru Linda Hill və tədbirin təşkilatçısı Paşa Holdinqin direktoru Cəlal Qasımov, həmçinin holdinqin direktor müavini Fərid Məmmədovla görüşüb. NDU-nun tələbəsi Amazonun sabiq vitse-prezidenti Colin Bryar ilə Amazonun texnologiyaları barədə geniş söhbət aparıb. Şəhriyar Quliyev eyni zamanda Silikon Vadisindən olan bir çox investorlar və şirkət rəhbərləri ilə görüşlər keçirərək ən qabaqcıl texnologiya və resurslar haqqında aparılan müzakirələrdə iştirak edib. 

Qeyd edək ki, "INMerge İnnovasiya Sammiti”ndə ölkənin və dünyanın aparıcı şirkətlərinin rəhbərləri, investorlar, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri və müxtəlif seminarlar keçirilib. "AgroChat" komandası süni intellekt vasitəsilə fermerlərlə aqronomları bir platformada birləşdirən proqram üzərində işləyirlər. Bu sammitdə komanda üzvləri "Enterprise Azerbaijan" portalını təmsil edərək layihələrini investorların diqqətinə çatdırıblar. 

1 /2

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.