Bütün xəbərlər
23 oktyabr, 16:01

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Bölgələrdə də SAF 2024-ə hazırlıq aktiv şəkildə gedir. 

“Azərbaycan müəllimi” bu dəfə Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin qonağı olub.

Artıq ikinci tədris ilidir ki, fəaliyyət göstərən Naxçıvan STEAM Təlim-Tədris  Mərkəzi barədə məlumat verən direktor Fuad Babayev burada 200-ə qədər şagirdin təhsil alğını bildirdi. 

"Mərkəz məktəbdənkənar müəssisə kimi fəaliyyət göstərir. Qeyd edim ki, burada 7 tədris kabinəsi var. Xüsusilə qeyd edim ki, Naxçıvanda STEAM sahəsində ən bacarıqlı uşaqlar məhz bu mərkəzə maraq göstərir. Biz də onların bu bacarıqlarını daha da inkişaf etdirir, beynəlxalq arenada ölkəmizi təmsil etmələri üçün hazırlaşdırırıq. Elə bunun nəticəsidir ki, artıq bir neçə ildir Naxçıvan məktəbliləri SAF 2022, SAF 2023, SAF 2024-də yaxşı çıxışlar ediblər. Eyni zamanda robot olimpiadasında keçən il ölkə birincisi olublar. STEAM Mərkəzinin əsas məqsədi ondan ibarətdir ki, burada iştirak edən şagirdlər sadəcə bir sahədə yox, bir neçə sahədə mütəxəssisləşsinlər”.

Onu da qeyd edək ki, bu il festivalda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət STEAM Təlim-Tədris Mərkəzinin də iki – “Vex IQ” kateqoriyası üzrə “RoboGenius”, “Fly Tech” kateqoriyası üzrə isə “Griffin” komandası iştirak edəcək. Komandalar artıq hazırlıq işlərini yekunlaşdırıb. Komanda üzvləri ilə həmsöhbət olarkən elə bunun şahidi olduq.

Komandanı hazırlaşdıran müəllim Kazım Əkbərov deyir ki, Naxçıvan STEAM Mərkəzi yarandığı gündən burada fəaliyyət göstərir və yetirmələrinin uğurla çıxış edəcəyinə inanır: “Bu il keçiriləcək SAF 2024 festivalında mentor kimi iştirak edəcəyəm. “Griffin” adlı komandamızın üzvləri Nadir Məmmədli, Uğur Quluzadə və Nicat Babaverdiyevdir.  Builki layihəmiz dronla, tapşırığımız isə COP29-la bağlıdır. Meşə yanğınlarının söndürülməsi üçün tədbirlər görəcəyik. Komanda olaraq özümüzü yarışa tam hazır hiss edirik. Düşünürəm ki, uğurlu bir yarışma olacaq”.

 “RoboGenius” komandasının müəllimi Ələkbər Əliyev də yarışdan əliboş qayıtmayacaqlarına inanır. Bu komandanı isə festivalda “Bizim komandamızda Raul Bayramov, Uğur Əliyev və Tural Məmmədov təmsil edəcəklər. Komanda “Vex IQ” katoqoriyası üzrə yarışacaq.

"Hazırlıq prossesində çalışdıq ki, şagirdlər robotun bütün hissələri ilə işləməyi bacarsınlar. Bacardığımız qədər məşqlər etdik və özümüzü yarışa hazır hiss edirik”, - deyə o qeyd edib.

SAF festivalında ilk dəfə iştirak edəcək Uğur Əliyev isə bir qədər həyəcanlıdır. Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdi olan Uğur komanda yoldaşları ilə birgə final mərhələsinə vəsiqə qazandıqdan sonra əzmlə çalışdıqlarını bildirib: "Robotumuz demək olar ki, hazırdır. Mənim üçün ilk olsa da, inanıram ki, çox uğurlu keçəcək və böyük təcrübə qazanacağıq”.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi məqsədlər sırasındadır. 

Məlumat üçün bildirək ki, bu il artıq 4-cü dəfədir keçirilən STEAM Azərbaycan Festivalında 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq. Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışacaqlar.

1 /2

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.