Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində Naxçıvan Müəllimlər İnstitutunun 2029-2030-cu tədris ili üçün proqnoz kadr hazırlığı ilə bağlı görüş keçirilib.
Nazirlikdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və hər iki qurumun əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Müəllimlər İnstitutunda proqnoz ili üçün ümumtəhsil məktəblərində ehtiyac olan bəzi fənlər üzrə ixtisaslarda qəbul planının artırılması, kadr ehtiyacının zəruri olmadığı ixtisaslarda isə qəbul planının azaldılması, müasir tələblərə uyğun olaraq kadrların dərsliklərdən və əlavə elektron tədris resurslarından istifadə bacarıqlarının artırılması və bir sıra təkliflər irəli sürülüb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)