
Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalar çərçivəsində aparılmış müsabiqənin aprelin 16-da Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsahibə mərhələsi keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsahibə mərhələsində məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün keçirilən test imtahanında uğur qazanan 8 namizədin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallartəqdim olunacaq.
Bildirilib ki, STEAM Təlim- Tədris Mərkəzində keçiriləcək müsahibənin vaxtı barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər