
Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsrəddin Tusiyə həsr olunmuş V-IX sinif şagirdləri arasında fizika-riyaziyyat fənləri üzrə II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada rayon-şəhər mərhələsində qalib olan 132 şagird iştirak edib. Olimpiadada V-VII siniflər üçün 25, VIII-IX siniflərdə isə 30 test tapşırığı təqdim olunub və sualların cavablandırılması üçün 3 saat vaxt ayrılıb.
Olimpiadanın nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin rəsmi sosial şəbəkə hesablarında açıqlanacaq.
Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
Məlumat üçün bildirək ki, final turunun qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və sponsor təşkilatlar tərəfindən fəxri fərman, həmçinin qiymətli hədiyyələrlə təltif olunacaq.
Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, “Birbank” və “PAŞA Sığorta”nın sponsorluğu ilə təşkil olunub.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər